İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə bağlı bəzi yeniliklər e-sistemdə yerləşdirilib
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nin yeni məzmunu və formasına dair Mərkəzi Bank, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və İcbari Sığorta Bürosunun rəhbər şəxsləri arasında onlayn görüş keçirilib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, yeni müqavilənin məzmununa və formasına uyğun olaraq İcbari Sığorta Bürosunun informasiya sistemində edilmiş dəyişikliklər barədə tədbir iştirakçılarına məlumat verilib.
Təsdiq olunmuş yeniliklərə əsasən sığorta müqaviləsi müddətsiz bağlanır və ümumi tərəfdaşlıq müqaviləsi rolunu oynayır. “Sığorta müqaviləsinin qoşması” hər müqavilə ili üzrə tərtib olunur və müqavilə ili ərzində sığortaolunanlarla bağlı bütün dəyişikliklər müqavilənin qoşmasına əlavə formasında rəsmiləşdirilir.
Sığorta haqlarının ödənilməsi işəgötürənin maliyyə qrafikinə uyğun olaraq birdəfəlik və ya hissəvi təmin edilir.
Yeniliklər artıq Əmək Müqaviləsi Bildirişi altsistemində yerləşdirilib.
Qeyd edək ki, video çarxlar və sığorta haqqının ödənilmə üzrə hazırlanmış kalkulyator ilə İcbarı Sığorta Bürosunun saytında (www.isb.az) tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
51 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























