11 bankın əməliyyat mənfəəti artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nin bu ilin 9 ayında əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Unibank”, “PAŞA Bank”, “Rabitəbank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Avrasiya”, “Express Bank”, “Kapital Bank” və “Naxçıvan Bank” ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika İran bankında (74%), ən aşağı dinamika isə “Naxçıvan Bank”da (0,6%) qeydə alınıb.
9 bankın – “Günay Bank”, “Turan Bank”, “Azər-Türk Bank”, “Bank Respublika”, “AFB Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “Bank BTB” ASC-lərin, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma “Bank BTB”də (95,6%), ən az azalma isə “Günay Bank” (7,9%) qeydə alınıb.
3 bankın – Pakistan Milli Bankının Bakı filialının, eləcə də “Muğan Bank” və “Bank VTB Azərbaycan” ASC-lərin isə əməliyyat zərəri azalıb. Müvafiq olaraq 24,3%, 74,9% və 85,9%.
2 bank – “Premium Bank” ASC və “Access Bank” QSC bu ilin yanvar-sentyabr aylarını əməliyyat zərəri ilə, ötən ilin eyni dövrünü əməliyyat mənfəəti ilə, 1 bank – “Yelo Bank” ASC isə bu ilin 9 ayını əməliyyat mənfəəti ilə, ötən ilin eyni dövrünü əməliyyat zərəri ilə başa vurub. Odur ki, bu bankların əməliyyat mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.
5 bank əməliyyat zərərinə uğrayıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-i bu ilin yanvar-sentyabr aylarında əməliyyat mənfəəti əldə etməyib.
Bunlar “Muğan Bank”, “Bank VTB Azərbaycan” və “Premium Bank” ASC-lər, “Access Bank” QSC və Pakistan Milli Bankının Bakı filialıdır.
Başqa sözlə, bu banklar əməliyyat zərərinə uğrayıblar. Zərərin ən yüksək həddi “Premium Bank”da (947 min manat), ən aşağı həddi isə “Access Bank”da (169 min manat) qeydə alınıb.
Qalan 21 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank” ASC-də (272,852 milyon manat), ən aşağı göstərici isə “Bank BTB” ASC-də (62 min manat) qeydə alınıb.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
11 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)





.jpg)






