“Azexport.az” portalı Türkiyənin rəqəmsal ticarət platforması ilə əməkdaşlığa başlayır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihəsi olan ”Azexport.az” internet portalı və “Tradevalley.com” portalı arasında görüş baş tutub.
Mərkəzinin yaydığı məlumatda bildirilir ki, görüşdə “Tradevalley.com” portalının təsisçisi Yusuf Yenitürkoğulları və satış meneceri Güclü İlalmak rəqəmsal ticarət sahəsində reallaşdırılan layihələr barədə məlumatlar təqdim ediblər. Bildirilib ki, “Tradevalley.com” portalı sahibkarlara rəqəmsal ticarət sahəsində məhsul təftişi, tərcümə, marketinq, hüquq, maliyyə və logistika xidmətləri təqdim edir.
Növbəti olaraq “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov portalın inteqrasiya olduğu beynəlxalq ticarət platformaları və bu platformalardan daxil olan sifarişlər barədə təqdimatla çıxış edib. O, “Tradevalley.com” portalı ilə əməkdaşlığın genişləndirilməsinin və birgə layihələrin icrasının vacibliyini vurğulayıb.
Sonda rəqəmsal ticarət sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədilə anlaşma memorandumunun imzalanmasına dair ilkin razılığ əldə olunub.
Qeyd edək ki, “Tradevalley.com” portalı Türkiyədə “B2B” seqmentində fəaliyyət göstərən qabaqcıl rəqəmsal ticarət platformalarında biridir. Altı dildə fəaliyyət göstərən portala dünyanın 100-dən artıq ölkəsindən sifarişlər daxil olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


