Azərbaycanda “Türkovac”ın klinik sınaqlarına başlanacaq
“Azərbaycanda “Türkovac”ın 3-cü sınaq mərhələsi ilə bağlı sənədlərə hazırda Səhiyyə Nazirliyinin Etik Komitəsi tərəfindən baxılır”.
Bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Nazir müavini qeyd edib ki, bununla bağlı yaxın zamanlarda açıqlama veriləcək: “Klinik sınaqlara ilin sonuna qədər başlanılacaq. Sınaqlar iki tədqiqat üzrə həyata keçiriləcək. “Türkovac”ın həm 1_ci, həm 2-ci, həm də 3-cü doza kimi vurulması nəzərdə tutulur. Azərbaycanda da 3-cü sınaq mərhələsi Türkiyədəki kimi həyata keçiriləcək. Hazırda Türkiyədə sınaqlar davam edir. Eyni zamanda Azərbaycanda da sınağın aparılması planlaşdırılır. Sınaq mərhələsinin nə qədər davam edəcəyinə də Komitə tərəfindən baxılır. Bütün məsələlərə aydınlıq gətiriləcək”.
Qeyd edək ki, ötən gün Türk Sağlamlıq İnstitutları Başçılığının (TÜSEB) prezidenti Erhan Akdoğan "Türkovac"’ 3-cü sınaq mərhələsinin çalışmaları üçün Səhiyyə Nazirliyinin nümayəndələri ilə görüşüb. Görüşdə "Türkovac"ın Azərbaycanda həyata keçirilməsi planlaşdırılan klinik sınaqlaı barədə məlumat verilib. Həmçinin vaxtın planlaşdırılması da müzakirə olunub.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























