Laos ölkədə kriptovalyutanın istifadəsinə icazə verdi
Laos hökuməti ölkədə kriptovalyutanın "mədənçiliyinə" və ticarətinə icazə verib.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi "Laotian Times" qəzeti Laos Texnologiya və Telekommunikasiya Nazirliyinin fərmanına istinadən məlumat yayıb.
Məlumata görə, Laos şirkətləri kriptovalyuta hasil edə və ya onunla ticarət əməliyyatları apara bilərlər. Eyni zamanda, şirkətlərdən ödəmə qabiliyyətini təsdiqləmək üçün Laosun mərkəzi bankına 5 milyon dollar məbləğində depozit qoyması tələb olunur. Bu şirkətlər də əldə etdikləri gəlirdən 15% vergi ödəməli olacaqlar.
Bundan əlavə, ölkə hakimiyyəti elektrik enerjisinin idxalı və ixracını idarə edən "Électricité du Laos" dövlət korporasiyasını belə şirkətlərə elektrik enerjisinin verilməsinə görə vergi ödəməkdən azad edəcək. Bu tədbir, kriptovalyutaların "istehsalını" stimullaşdırmaq məqsədi daşıyır.
Sentyabr ayında Laos hökuməti kriptovalyutanın sınaq istifadəsini təsdiqləmişdi. Dörd tikinti şirkəti, bir İT şirkəti və dövlət bankı JDB kriptovalyutaların çıxarılması və ticarəti üçün icazə almışdılar.
Kriptovalyutanın istifadəsi ilə bağlı müxtəlif ölkələrin mövqeləri əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, 2014-cü ildə Sinqapur Bitcoin-lə əməliyyatları mal və xidmətlər vergisinə cəlb edilən əməliyyatlara bərabərləşdirib. Bu ilin yanvar ayında Malayziyada kriptovalyutalar qiymətli kağız statusu alıb. İyul ayında El Salvador dünyada Bitcoin-i ödəniş vasitəsi kimi leqallaşdıran ilk dövlət olub.
Bəzi dövlətlər həm fiziki, həm də hüquqi şəxslər tərəfindən kriptovalyutaların istifadəsini qadağan edir. Onların arasında Misir, Nepal, Boliviya, Şimali Makedoniya, Əlcəzair, Banqladeş də var. Çində fiziki şəxslərə kriptovalyutaya sahib olmaq qadağan edilmir. Lakin 2013-cü ildən maliyyə təşkilatları üçün onunla əməliyyatların aparılmasına qadağa qoyulub. 2017-ci ildə Çin hakimiyyəti ölkədə fəaliyyət göstərən bütün kriptovalyuta birjalarını bağlayıb və ICO-nu məhdudlaşdırıb. 2018-ci ildə kriptovalyuta istehsalı rəsmi olaraq qadağan edilib. Eyni zamanda, məhdudiyyətlər rəsmi kriptovalyutaya - rəqəmsal yuana şamil edilmir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
10 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















