“Lukoyl” yaxın gələcəkdə neftin qiymətinin 100 dollar/barel olacağını gözləmir
“Lukoyl” neftin qiymətinin tezliklə 100 dollar/barel səviyyəsinə çatacağını gözləmir.
Marja xəbər verir ki. Bunu ADIPEC-2021 Beynəlxalq Neft və Qaz Sərgisində keçirilən sessiyada şirkətin prezidenti və həmsədri Vahid Ələkbərov deyib.
“Mən düşünmürəm ki, biz neftin qiymətini tezliklə 100 dollar səviyyəsində görəcəyik”,- Ələkbərov bildirib.
Ələkbərov qeyd edib ki, “Lukoyl”, şirkətin 2022-ci il büdcəsində neftin bir barelinin qiymətini 60 dollar səviyyəsində planlaşdırır.
Eyni zamanda, o qeyd edib ki, bazarda neftin qiymətində dalğalanmalar COVID-19 pandemiyasının gələcək inkişafının gözlənilməzliyi səbəbindən mümkündür.
“Bizi qiymətlərin yüksək olması maraqlandırmır. Bizim missiyamız və OPEC+ missiyamız ilk növbədə tələbatı ödəməkdir. Buna görə də, bu gün OPEC+ ölkələri neftin qiymətinin kəskin artması ilə bağlı qarşılarına strateji məqsəd qoymur”, - “Lukoyl” rəhbəri əlavə edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin neftin bir barelinin 100 dollara çatmasının mümkün hesab etdiyini bildirib. O qeyd edib ki, Rusiya Federasiyası neft bazarında qiymətlərin kəskin sıçrayışlarına imkan vermir və neft bazarının sabitləşməsi üçün əlindən gələni edir.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
12 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















