Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Ukrayna Rusiya qazına alternativ tapıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ukrayna Rusiya qazına alternativ tapıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ukrayna bəyan edib ki, Rusiya qazı olmadan da keçinmək mümkündür. Yanacaq çatışmazlığı  Slovakiya vasitəsilə təmin oluna bilər.

Marja.az  RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ölkənin Energetika nazirinin müavini Maksim Nemçinov “1+1” telekanalında  verilişdə olarkən bildirib.

Onun sözlərinə görə, hazırda Ukrayna anbarlarında kifayət qədər təbii qaz var. Bununla belə, nazir müavini vurğulayıb ki, kəsir yarandıqda idxal edə bilərlər.

Nemçinov qeyd edib ki, Ukrayna Slovakiyadan qaz ala bilər. O, həmçinin əmin olduğunu bildirib ki, “Naftoqaz”ın yanacaq almaq üçün kifayət qədər vəsaiti və ehtiyat GTS imkanları var.

Nazir müavini onu da bildirib ki, Ukraynanın qışın sonunda qədər ala biləcəyi qazın təxmini qiyməti 1000 kubmetr üçün təxminən 26 min qrivna (təxminən min dollar) təşkil edir.

Bundan əvvəl Ukraynanın baş naziri Denis Şmıqal slovakiyalı həmkarı Eduard Heqerlə Ukraynaya qaz nəqlinin artırılması imkanlarını müzakirə etdiyini bildirmişdi. 2015-ci ilin sonundan Kiyev qazı birbaşa Rusiyadan almır, onu  Avropaya tranzit həcmlərinin bir hissəsi şəkilində əldə edir. Bu, fiziki  reverslərdən daha ucuz, birbaşa göndərişlərdən isə  daha bahadır.

Ukrayna rəsmiləri əmindirlər ki, Rusiyadan birbaşa yanacağın idxalı ölkənin suverenliyinə təhlükə yaradacaq.

13.11.2021 10:00

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18