AMEA Yüksək Texnologiyalar Parkının Baş planı təsdiq edilib
Texnoparkın fəaliyyətinin daha da genişləndirilməsi, milli maraqlara söykənən, rəqabətədavamlı məhsulların istehsalının təşkili, yüksək keyfiyyətli yerli məhsulların xarici bazarlara çıxarılması və ixrac potensialının gücləndirilməsi planlaşdırılır.
Bu yaxınlarda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərəncamı ilə AMEA Yüksək Texnologiyalar Parkının istifadəsində olan torpaq sahəsində layihələndirilən 1-5 mərtəbəli qeyri-yaşayış (istehsalat) binalarının şəhərsalma əsaslandırılması – Baş planı təsdiq edilib.
AMEA Yüksək Texnologiyalar Parkınndan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, məqsəd texnoparkın mövcud maddi-texniki bazasının daha da yaxşılaşdırılmasıdır.
Yüksək Texnologiyalar Parkının Baş plan layihəsinə əsasən, texnoparkın fəaliyyətinin daha da genişləndirilməsi, milli maraqlara söykənən, rəqabətədavamlı məhsulların istehsalının təşkili, yüksək keyfiyyətli yerli məhsulların xarici bazarlara çıxarılması və ixrac potensialının gücləndirilməsi planlaşdırılır.
Texnoparkın Baş plan layihəsində nəzərdə tutulan işlərin səmərəli təşkili üçün artıq bu istiqamətdə məqsədyönlü işlərə başlanılıb. Park ölkə daxilində, eyni zamanda, xarici investisiyanın cəlb edilməsi, ölkə iqtisadiyyatında intellektual məhsulların çəkisinin artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından mühüm strateji hədəflərə nail olmaq üçün uğurla irəliləyir.
Belə ki, YT Parkda müəssisələr və rezidentlərlə səmərəli, çevik əlaqələr qurulur, elmtutumlu layihələrin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması məqsədilə istehsalçılar, sahibkarlar, maliyyə donorları və alimlərin birgə fəaliyyətinə dəstək verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 d. əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
1 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
-
2 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
2 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu gün Bakıda dəyəri 5,5 milyard dollarından çox olan sazişlər imzalanıb
-
2 saat əvvəl
Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu
Son Xəbərlər

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
Ən çox oxunanlar

Coca-Colanın dəstəyi ilə keçirilən növbəti “Xəzəri Qoruyaq!” aksiyası küləyə meydan oxudu

Trampın 100 min dollarlıq H-1B rüsumu yüksək ixtisaslı kadrlar uğrunda yarışı "alovlandırır"

"Ödənişli zonaların taksi qiymətlərinə təsiri hazırda açıq sualdır"

Porsche-nin səhmləri 8% ucuzlaşdı
