“YouTube” videonun altındakı “bəyənməmə” sayını izləyicilərdən gizlədəcək
Ancaq yenə də həmin işarədən istifadə etmək mümkün olacaq.Noyabrın 10-dan etibarən YouTube tədricən videoların altında bəyənməmə sayğacını gizlətməyə başlayıb.
Marja xəbər verir ki, bu barədə Videohostinq bloqunda bildirilirb.
Qeyd edilib ki, indi mənfi reytinqlərin sayını yalnız video sahibləri görəcəklər. Eyni zamanda, istifadəçilər hələ də bəyənmədim işarəsini qoya biləcək. YouTube-un bu addımı atmasına səbəb kimi isə blogger və digər video müəlliflərinin onlayn təcavüzdən qorunması qeyd olunur.
“YouTube-da mənfi reytinq sayğacı məxfi olacaq, lakin bu işarə yenə də qalacaq”, - platformanın mətbuat xidmətindən bildiriblər.
Şirkət hesab edir ki, bu məxfilik bəzi videoları kütləvi mənfi təsirli motivasiyadan, eyni zamanda, ədalətsiz hücumlardan qoruyacaq.
YouTube əvvələr də bu istiqamətdə müəyyən eksperimentlər keçirib və aydın olub ki, bəyənməmə işarəsi ilə bağlı sayğacın gizli olması mənfi reytinqlərin də sayını azaldır. İstifadəçilərin video izləmə sayı həm də bu işarə ile təyin olunsa da, onun silinməsi qərara alınmışdır.
Qeyd edək ki, YouTube bu istiqamətdə istəyini hələ mart ayında açıqlamışdı. O zaman güman edilirdi ki, videoların müəllifləri mənfi reytinqlərin sayını gizlətmək və ya gizlətməmək barədə qərarı özləri verəcəklər.
XXX
Artıq “YouTube” videonun altındakı “bəyənməmə” işarəsinə toxunanların sayını yalnız müəllif görə biləcək.
Bu barədə “YouTube” onlayn video hostinqinin bloqunda bildirilib.
Bir sözlə, videoların “bəyənməmə” sayı izləyicilərdən gizlədiləcək.
Dəyişikliklərin noyabrın 10-dan qüvvəyə minəcəyi bildirilib.
Tərtibatçılar bunu rahat onlayn mühit yaratmaq məqsədilə edilmiş düzgün və zəruri addım hesab edirlər.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
10 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
















