Bitcoin-in qiymətində yeni rekord
Dünyanın ən məşhur kriptovalyutasının qiyməti rekord səviyyələrə yüksəlib və bütün zamanların ən yüksək səviyyəsini görüb. Belə ki, Bitcoin-in qiyməti ilk dəfə olaraq 68 min dolları ötüb.Ticarət zamanı Bitcoin-in qiyməti daha 4,7% artaraq 68 min 285 dollara çatıb.
Marja xəbər verir ki, bunu Coindesk portalının Bakı vaxtı ilə saat 09:10-a olan məlumatları göstərir.
Beləliklə, kriptovalyutanın qiyməti yenidən tarixi maksimumunu yeniləyib.
Bakı vaxtı ilə saat 07:50-də Bitcoin-in qiyməti 68 min 54 dolları da test edib.
Bitcoin artıq ikinci aydır ki, bahalaşır və ötən ay kriptovalyuta təxminən 40 faiz bahalaşaraq 43 min 820 dollardan 61 min 300 dollara yüksəlib.
Bitcoin bir çox investorlar tərəfindən qızıl kimi dəyərli aktiv olaraq qəbul edilir və dünyada inflyasiyanın artması ilə əlaqədar narahatlıqlar olduğu üçün kriptovalyuta "sığınacaq" vasitəsinə çevrilir.
Oktyabrın əvvəlindən bazarlar "öküz" rejimindədir, belə ki, kriptovalyuta bazarı cəmi bir ay ərzində ümumi dəyərinə təxminən 1 trilyon dollar da əlavə edib. Kriptovalyutaların ümumi bazar kapitallaşması isə 3 trilyon dollara yaxınlaşıb.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
8 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"


















