Azərbaycana analoqu olmayan etiket və qablaşdırma çapı avadanlığı gətirildi
Bundan sonra Azərbaycan mal istehsalçıları etiket və qablaşdırma üçün xarici şirkətlərə müraciət etməyə bilər.“Artpak”ın təşkil etdiyi və dünyada analoqu olmayan unikal avadanlıqların alınmasına həsr olunmuş təqdimat keçirilib. “Artpak” 2009-cu ildə yaradılıb və elastik plastik qablaşdırma və öz-özünə yapışan etiketlərin istehsalı üzrə ixtisaslaşıb. Azərbaycan şirkəti dünyada etiket və qablaşdırma çapı üçün hibrid analoq-rəqəmsal avadanlıq alan ilk şirkət olub.
Avadanlıq Rusiyanın B2print şirkətindən alınıb. “Artpak”ın təsisçilərindən biri İlqar Məmmədovun sözlərinə görə, bundan sonra Azərbaycan mal istehsalçıları etiket və qablaşdırma üçün xarici şirkətlərə müraciət etməyə bilər. Ən müasir və keyfiyyətli məhsul artıq Azərbaycanda istehsal olunacaq:
“Mən Rusiyada yaşayıram və biz Rusiya təcrübəsini ölkəmizdə fəal şəkildə tətbiq edirik. Azərbaycanda bu biznes ciddi şəkildə inkişaf edib. Burada gördüyünüz avadanlıq unikaldır. İtaliya və İsveçrədə istehsal olunur və dünyada analoqu yoxdur.
B2print-in sözçüsü Sergey Kuzin bildirib ki, Rusiya şirkətləri bu avadanlığı almağı düşünərkən, “Artpak” daha çevik olub və dünyada hibrid avadanlıq əldə edən ilk şirkət olub.
“Bu sözləşmə Azərbaycanda etiket və qablaşdırma istehsalının inkişafına böyük təkan verəcək”.
Sonda İlqar Məmmədov və Adil Əliyev yeni texnikanın istifadəyə verilməsi əlaməti olaraq rəmzi qırmızı lenti kəsiblər.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























