Ötən il “Olimp Mühəndis Xidmətləri” 17 milyon manata yaxın gəlir əldə edib
Dövlət tenderlərinin aktiv iştirakçılarından biri olan “Olimp Mühəndis Xidmətləri” MMC 2020-ci ili 721 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2019-cu ili 1 milyon 485 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az Şirkətin 31 dekabr 2020-ci il tarixinə maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ildə 22 milyon 874 min manat təşkil etmiş əsas əməliyat gəlirləri, 2020-ci ildə 16 milyon 911 min manata düşüb. İcarədən gəlirlər isə 325 min manatdan 36 min manata geriləyib.
Ötən il "Olimp Mühəndis Xidmətləri" MMC-nin 16 milyon 947 min manat ümumi əməliyyat gəlirlərinə qarşı cəmi əməliyyat xərcləri 16 milyon 46 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Şirkətin 901 min manat əməliyyat mənfəəti yaranıb. 2019-cu ildə Şirkətin ümumi əməliyyat gəlirləri 23 milyon 199 min manat, cəmi əməliyyat xərcləri 21 milyon 318 min manat, əməliyyat mənfəəti 1 milyon 856 min manat təşkil etmişdi.
2020-ci ildə "Olimp Mühəndis Xidmətləri" MMC əməliyyat mənfəətindən 180 min manat mənfəət vergisi ödəyib.
31 Dekabr 2020-ci il tarixində "Olimp Mühəndis Xidmətləri" MMC 34 milyon 560 min manat cəmi aktivlərə malik olub.
Qeyd edək ki, “Bakı Gəmiqayırma Zavodunun Tikintisi” MMC “Bakı Gəmiqayırma Zavodunun Tikintisi” layihəsində subpodratçılardan biri olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















