AMFA-nın yeni Müşahidə Şurası seçildi

29 oktyabr tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İllik Ümumi Yığıncağı keçirilmişdir.
Marja xəbər verir ki, yığıncaqda AMFA-nın Müşahidə Şurasının və Nəzarət- Təftiş Komissiyasının tərkibi yenilənib.
AMFA-nın Müşahidə Şurasına aşağıdakı 7 təşkilatın səlahiyyətli nümayəndələri seçilib:
1) BOKT "İnkişaf üçün Maliyyə" MMC-nin İdarə Heyətinin Sədri- Cəlal Əliyev ;
2) BOKT “Aqrarkredit” QSC-nin İdarə Heyətinin üzvü- Süleyman Kələşov ;
3) BOKT “FİNCA Azerbaijan” MMC-nin Regional Əməliyyat Meneceri- Lütvəli Zeynallı ;
4) ) BOKT “Viator Mikrokredit Azərbaycan” MMC-nin İdarə Heyətinin Sədri- Aynur Əliyeva;
5) BOKT “Finex Kredit” ASC-nin İdarə Heyətinin Sədri -Rəşad Qasımov ;
6) “PAŞA Bank” ASC-nin Maliyyə İnstitutları və Xidmət Sənayesinin Rəhbəri -Elvin Cəfərov;
7) “Muğanbank” ASC-nin Beynəlxalq Maliyyə İnstitutları ilə İş Şöbəsinin Rəhbəri- Elmar Sadıxov.
Nəzarət- Təftiş Komissiyasının Komissiyası tərkibinə 3 üzv təşkilatın nümayəndələri seçilib:
1) “Parabokt” ASC-nin İdarə heyəti sədrinin müavini - Rəcəb Hüseynov,
2) BOKT “Qafqaz-Kredit” MMC-nin İdarə Heyətinin üzvü, Züleyxa Rəsulova
3) BOKT “Avrasiya-Kredit” MMC-nin icraçı direktoru Xaliq Qasımov.
Azərbaycan Mikromaliyyə Assosiasiyası 2004-cü ildən Ədliyyə Nazirliyində qeydiyyata alınmış ictimai birlik olaraq biznes assosiasiyası kimi fəaliyyət göstərir.
AMFA Azərbaycanda mikromaliyyə institutlarının potensial imkanlarının gücləndirilməsi və mikromaliyyə birliyinin və onun müştərilərinin maraqlarının təmin olunması üçün effektiv birgə fəaliyyətin təşviq edilməsi missiyasına xidmət edir. Son 20 il ərzində ölkədə olan mikromaliyyə təşkilarının sayı artaraq mikromaliyyə sektorunu iqtisadi inkişaf prosesində əsas iştirakçılardan birinə çevirmişdir. Hazırda maliyyə bazarında 53 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
