9 ayda 2477 ton üyüdülmüş duz satıb
Muxtar respublikamızda daxili bazarı yerli məhsullarla təmin edən müəssisələrdən biri də “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, istifadəyə verilən yeni istehsal sahələri Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahəsidir. Bu gün duz mədəni yeni texnoloji avadanlıqlarla təmin edilmişdir. Gündəlik istehsal gücü 40-45 ton daşduz, 20-25 ton isə üyüdülmüş duz olan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində 18 çeşiddə duz istehsal olunur və bu məhsullardan məişətdə, heyvandarlıqda, kimya sənayesində istifadə edilir. Məişətdə istifadə edilən yodlaşdırılmış duz həm 0,5 və 1 kiloqramlıq karton və plastik, həm də 0,2 və 0,5 kiloqramlıq polietilen taralarda, eyni zamanda 25 kiloqramlıq kisələrdə “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır.
61 nəfərin işlə təmin olunduğu müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir. Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl edilir.
2021-ci ilin iyun ayında yeni şaxtanın istifadəyə verilməsi istehsal prosesini daha da təkmilləşdirmişdir. Duzun çıxarılması üçün əvvəlcə mədəndə partlayış işləri aparılır. Partlayışdan əmələ gələn duz parçaları çeşidlənərək istehsal sahəsinə verilir.
Daxili bazarı keyfiyyətli məhsullarla təmin edən müəssisə cari ilin ötən dövrü ərzində 4240 ton daşduz və 2604 ton üyüdülmüş duz istehsal edib. Müəssisə tərəfindən 760 ton daşduz və 2477 ton üyüdülmüş duz satılıb. Keyfiyyət göstəriciləri ilə seçilən Naxçıvan duzunun ölkəmizin digər regionlarında satışı həyata keçirilir. 2021-ci ilin doqquz ayı ərzində Bakı şəhərində və ölkəmizin digər regionlarında 2036 ton, muxtar respublikamızda isə 1201 ton duz satışı həyata keçirilmişdir.
Qeyd edilib ki, insan sağlamlığı üçün vacib elementlərlə zəngin olan Naxçıvan duzunun xarici bazara çıxarılması, tanıdılması istiqamətində işlər müntəzəm şəkildə həyata keçirilməkdədir. Ayrı-ayrı ölkələrdə keçirilən biznes forumlarda, sərgilərdə yaxından iştirak edilir ki, bu da iqtisadi əlaqələrimizin genişlənməsinə əlverişli şərait yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?





















