Azərbaycanda mehmanxanalardakı yerlərin 88.8%-i istifadəsiz qalıb
2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan (yerlərin sayı) istifadə 11,2 faiz səviyyəsində olub. Başqa sözlə, birdəfəlik tutumun 88,8%-i istifadəsiz qalıb.2021-ci ilin yanvar-sentyabr aylarında ölkə mehmanxanalarında keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 66,3 faiz artaraq 1 milyon 340,6 min olmuşdur.
Marja Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, gecələmələrin 46,3 faizi Bakıda, 8,8 faizi Xaçmazda, 8,5 faizi Qəbələdə, 5,8 faizi Şabranda, 5,7 faizi Qubada, 4,4 faizi Lənkəranda, 3,8 faizi Qusarda, 2,7 faizi Naftalanda, 1,8 faizi Qaxda, 1,7 faizi Şamaxıda, 1,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,3 faizi Masallıda, 1,1 faizi Mingəçevirdə, 0,7 faizi Gəncədə, 0,6 faizi Zaqatalada, 0,5 faizi Şəkidə, 0,5 faizi Astarada və 4,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,0 faiz azalaraq 241,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 18,0 faizini təşkil edir. Gecələmələrin 15,3 faizi Türkiyə, 11,3 faizi Rusiya Federasiyası,11,2 faizi Böyük Britaniya, 6,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,4 faizi İtaliya, 3,2 faizi Almaniya, 3,1 faizi İsrail, 3,1 faizi ABŞ, 2,2 faizi Qətər, 1,9 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,5 faizi Belarus, 1,4 faizi Niderland, 1,3 faizi İran, 1,3 faizi Qazaxıstan, 1,2 faizi Fransa, 1,0 faizi Norveç, 1,0 faizi Gürcüstan, 28,9 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,9 faizi Bakıda, 5,3 faizi Qəbələdə, 3,2 faizi Qusarda, 2,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,8 faizi Qubada, 1,6 faizi Şabranda, 1,3 faizi Naftalanda, 0,4 faizi Mingəçevirdə, 0,4 faizi Şamaxıda, 1,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır. Azərbaycan Respublikası vətəndaşları üzrə mehmanxanalarda keçirilmiş gecələmələrin sayı 2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,5 dəfə artaraq 1099,6 min olmuşdur.
2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların gəlirləri 2020-ci illin müvafiq dövrü ilə müqayisədə 62,4 faiz artaraq 154,1 milyon manat olmuşdur ki, onun da 60,8 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,6 faizi ictimai iaşə xidmətlərindən, 2,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,3 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2021-ci ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan (yerlərin sayı) istifadə 11,2 faiz səviyyəsində olmuşdur (2020-ci ilin yanvar-sentyabr aylarında 7,0 faiz). Bu göstərici Şabranda 83,1 faiz, Beyləqanda 24,7 faiz, Qubada 21,3 faiz, Naftalanda 21,0 faiz, Lənkəranda 20,4 faiz, Qəbələdə 17,5 faiz, Şəmkirdə 13,8 faiz, Ağcabədidə 13,8 faiz, Bakıda 13,5 faiz, Cəlilabadda 13,2 faiz, Bərdədə 13,0 faiz, Şamaxıda 11,4 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























