Rusiya, Bolqarıstan və Türkiyə uşaqlı ailələr üçün ən “təhlükəli” ölkələrə çevrilib – ARAŞDIRMA
Türkiyə, Rusiya və Bolqarıstan bu yay uşaqlı ailələr üçün ən "təhlükəli" yerlər olub.
Marja xəbər verir ki, Rusiyanın “AlfaStrakhovanie” şirkətinin (АльфаСтрахование) mütəxəssisləri valideynləri ilə birlikdə istirahət edən uşaqların ən çox hansı ölkələrdə tibbi yardıma ehtiyacı olduğunu təhlil edərək belə qənaətə gəliblər.
“2021-ci ilin yayında uşaqlıq xəstəlikləri ilə bağlı həkimlərə kömək üçün müraciətlərin əksəriyyəti Türkiyədə qeydə alınıb - 29,7%. Rusiya ikinci yerdədir. Bu, 13,1% təşkil edir. Üçüncü yerdə Bolqarıstandır (12%). İlk beşliyə Gürcüstan (11,7%) və Kipr (7,5%) də daxil olub”, - deyə araşdırmada qeyd olunub.
Sığorta şirkətinin məlumatına görə, uşaqlarda sığorta hadisəsinin ən çox yayılmış səbəbi tənəffüs yollarının yoluxucu xəstəlikləri (23,2%) olub. Həmçinin sığorta hadisələri arasında mədə-bağırsaq xəstəlikləri (21,5%), xəsarətlər (8,2%) və qulaq problemləri (7,8%) var.
Bu yay Türkiyə ailəvi tətillər üçün ruslar üçün ən populyar ölkə olub (12,6%). Populyarlığa görə ikinci yeri Rusiya kurortları (11,1%), üçüncü yeri isə Şengen ölkələri (8%) tutub. Dördüncü və beşinci yerləri Kipr (5,3%) və Abxaziya (4%) tutub.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 22 d. əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
5 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
Ən çox oxunanlar
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"



















