İlk dəfə elektrikli avtomobil benzin avtomobili keçərək satışlarda 1-ci yeri tutub
Tesla Model 3 elektromobili, ən məşhur benzinli avtomobilləri geridə qoyaraq Avropada Sentyabr ayında ən çox satılan nəqliyyat vasitəsi olub.
Tesla Model 3 Sentyabr ayında Avropada ən çox satılan nəqliyyat vasitəsi olub. Beləliklə, ilk dəfə bir elektrikli avtomobil benzinli modelləri keçərək satışlarda birinci yeri tutub.
Marja xəbər verir ki, Teslanın ən münasib qiymətli modellərin biri olan Model 3 elektromobili Renault Clio və Volkswagen Golf kimi markaları geridə qoyaraq Avropada ən çox alınan avtomobil olub.
"Jato Dynamics"in araşdırma hesabatına görə, Teslanın üçüncü rübün sonunda satışlarını artırmağa istiqamətlənmiş hücumu Model 3-ün satışlarının artmasına müsbət təsir göstərib.
İlk dəfə bir elektrikli avtomobil aylıq satışlarda ilk yeri tutarkən, avtomobil istehsalçılarının daxili yanma mühərrikləri yavaş-yavaş tərk etməsi lazım olduğuna dair işarələr də gedərək artır. Hökumətlər də elektrikli avtomobil almaq istəyənlərə comərd vergi təşviqləri edir.
Tesla Sentyabr ayında 24 min 591 ədəd Model 3-ü müştərilərinə təhvil verib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 58% çoxdur.
Qeyd edək ki, 2021-ci ilin 3-cü rübündə Elon Musk-ın elektromobil şirkəti Tesla-nın gəliri 57% artaraq 13,8 milyard dollara yüksəlib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
4 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 32 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycanda 2 yeni data mərkəzinin tikintisi başlayıb, 2027-ci ildə istifadəyə veriləcək
-
51 d. əvvəl
Macarıstan Rusiyadan Avropa İttifaqına maye qaz tədarükünün qadağan olunması ilə razılaşıb
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb
-
2 saat əvvəl
Azərbaycan bankı 7,5 milyon dollarlıq yeni kredit sazişi imzaladı
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AzVak-da yeni iş elanları

Sabah gözlənilən hava şəraiti açıqlanıb

Prezident İlham Əliyev Tacikistanda səfərdədir

ADY 296 blok-qatar qəbul edib
Ən çox oxunanlar

Azərbaycan bankı 7,5 milyon dollarlıq yeni kredit sazişi imzaladı

Qeyri-neft-qaz sektorundan vergi və sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatdan çox artıb

Nuriyevdən ödənişlərdə İBAN tətbiqi çağırışı

"Bakı Kristal Zalı" böyük məbləğdə zərər açıqladı

Almaniya Temu platforması ilə bağlı araşdırmaya başlayıb
