"ABB"nin ipoteka krediti portfeli 700 milyon manatı keçib
"ABB" ASC tərəfindən müştərilərə verilmiş cəmi kreditlər (kredit portfeli) 2021-ci ilin 9 ayında (yanvar-sentaybr) ötən ilin sonu ilə müqayisədə 164 milyon 732 min manat və ya 6,3% artaraq 2 milyard 773 milyon 831 min manata çatıb. 2020-ci ilin sonunda Bankın kredit portfeli 2 milyard 609 milyon 99 min manat təşkil etmişdi.
Marja.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, eyni dövrdə "ABB"-nin istehlak kreditləri portfeli 107 milyon 781 min manat artaraq 707 milyon 711 min manata yüksəlib. 2020-ci ilin sonunda Bankın istehlak kreditləri portfeli 599 milyon 930 min manat idi.
"ABB"nin biznes kreditləri portfeli 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 39 milyon 915 min manat artaraq 1 milyard 363 milyon 276 min manata çatıb. 2020-ci ilin sonunda Bankın biznes kreditləri portfeli 1 milyard 323 milyon 361 min manat idi.
"ABB"nin daşınmaz əmlak kreditləri (ipoteka) portfeli 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 17 milyon 36 min manat artaraq 702 milyon 845 min manata qalxıb. 2020-ci ilin sonunda Bankın daşınmaz əmlak kreditləri portfeli 685 milyon 809 min manat idi.
"ABB"nin xalis kredit portfeli (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric kredit portfeli) 143 milyon 745 min manat artaraq 2 milyard 509 milyon 978 min manata çatıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat 20 milyon 987 min manat artaraq 263 milyon 853 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
5 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























