Azərbaycan İnvestisiya Holdinqi Qazaxıstanın iri Fondu ilə Əməkdaşlıq Memorandumu imzaladı
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş direktoru Ruslan Əlixanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana işgüzar səfər edib.
Bu barədə Azərbaycan İnvestisiya Holdinqi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti bu ölkənin "Samruk-Kazyna" SC Milli Rifah Fondunun rəhbərliyi ilə görüşüb. Görüşdə nəqliyyat-tranzit, enerji, infrastruktur və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələrdən və məsləhətləşmələrdən sonra iki qurum arasında Əməkdaşlıq Memorandumu imzalanıb. R.Əlixanov bildirib ki, sənəd iki ölkə arasında onsuz da möhkəm olan əlaqələrin daha da möhkəmlənməsində həlledici rol oynayacaq və qarşılıqlı səylər hər iki tərəf üçün səmərəsini verəcək.
"Samruk-Kazyna"nın baş direktoru Almassadam Satkaliyev isə deyib ki, qarşılıqlı əməkdaşlıq bundan sonra da güclənəcək, dərinləşəcək və daha da inkişaf edəcək: "Bu gün imzaladığımız Əməkdaşlıq Memorandumu, hər iki təşkilat arasında keyfiyyətcə yeni bir əməkdaşlığa yüksəlməyimizi ehtiva edir və ölkələrimizin iqtisadi artımını təmin edəcək".
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstanın "Baiterek" Milli İdarəetmə Holdinqinin rəhbərliyi ilə də görüşüb, maliyyə sektorlarında əməkdaşlıq məsələlərini müzakirə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)



