Bank Respublika və Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
(®) Ölkəmizdə təhsilin inkişafına böyük önəm verən Bank Respublika və Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlığa dair Memorandumun imzalanma mərasimi keçirilib. Tədbirdə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov, AzTU-nun rektoru Vilayət Vəliyev və hər iki tərəfdən nümayəndələr iştirak edib.
Rektor Vilayət Vəliyev qonaqlara universitetdə görülən işlər, həyata keçirilən yeni layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, tələbələrin əmək bazarına çıxışını təmin etmək üçün universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir.
Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Tariyel İsmayılov imzalanacaq memorandumun müvafiq sahələrdə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün imkanlar yaradacağına əminliyini bildirib.
Çıxışlardan sonra AzTU ilə Bank Respublika arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memoranduma əsasən, tərəflər tələbələrin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcək.
Memorandumda təhsil və bank xidmətləri sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmə, tələbələrin biznes bacarıqlarının inkişaf etdirilməsi, onların məşgulluğunun təmin edilməsi məqsədilə bankda təcrübə keçmələrinin təmin olunması da əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)




.jpg)

