Zakir Nuriyev Alpaslan Çakarı ziyarət edib
Azərbaycan Banklar Assosiasiyası Rəyasət Heyətinin sədri Zakir Nuriyev, Türkiyə Banklar Birliyi Rəyasət Heyətinin sədri Alpaslan Çakarın qonağı olub.
Assosiasiyanın yaydığı məlumata görə, görüş əsnasında, Birliklər arasında tərəfdaşlıq perspektivləri və bankların region iqtisadiyyatının inkişafında payı müzakirə edilib. 18 Oktyabr Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıran Çakar, iki ölkənin bank sektorları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər cür dəstəyi verməyə hazır olduqlarını söyləyib.
Bununla yanaşı, Çakar, yay ayları ərzində Türkiyədə baş verən yanğın fəlakətləri nəticəsində zərər görmüş meşələrin bərpası üçün ağac tingləri bağışlayan Azərbaycan Banklar Birliyinə də təşəkkür edib.
Xatırladaq ki, ABA-ya üzv təşkilatların (26 bank və 5 bank olmayan kredit təşkilatı) əməkdaşları adından Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılması məqsədi ilə Türkiyə Banklar Birliyi vasitəsilə Türkiyənin “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”na ümumilikdə 102 846 ədəd ağac tingi olmaqla 122000 USD məbləğində vəsait köçürülmüşdür.
Zakir Nuriyev Azərbaycan Banklar Assosiasiyası və Türkiyə Banklar Birliyi arasında qarşılıqlı əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb və Alpaslan Çakarı Bakıya dəvət edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
-
9 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 12 d. əvvəl
- 25 d. əvvəl
- 28 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb

















.jpg)







