Azərbaycanda Yeni Zelandiya kərə yağı ucuzlaşdırıldı
Kərə yağının qiyməti 1 manat endirilib.Yeni Zelandiyada istehsal olunan “Golden Crown” kərə yağı oktyabr ayında “Böyük Endirim” kampaniyasına start verib. Kampaniya çərçivəsində “Golden Crown” 400 q kərə yağının qiyməti 6,20 AZN-dən 5,20 AZN-ə endirilib. Bu isə “Golden Crown” 400 q kərə yağının kiloqram qiymətinin 13 AZN təşkil etməsi deməkdir.
“Golden Crown” markasınlın yaydığı məlumatda bildirilir ki, kərə yağı bazarında qiymət artımlarının olduğu bu günlərdə endirim kampaniyası keçirilməsinin səbəbi istehlakçılara Yeni Zelandiya istehsalı və keyfiyyətli kərə yağı əldə etmək imkanı yaratmaqdır.
Bildirilib ki, bəzi marketlər kərə yağını daha yüksək qiymətə satırlar:
"Lakin təəssüf ki, bəzi marketlər endirimli satış qiymətini tətbiq etməyərək razılaşdırılmış qiymət şərtlərinə riayət etmirlər və bu addımla müştərilərin haqlı narazılığına səbəb olurlar. Rəflərdə endirimli satış qiyməti 5,20 AZN olmalı olan “Golden Crown” 400 q kərə yağını daha yüksək qiymətə satırlar. İstehlakçılara müraciət edərək bildirmək istəyirik ki, “Golden Crown” 400 q kərə yağının endirimli rəf qiyməti Oktyabr ayının sonunadək 5,20 AZN təşkil edir, alıcılar marketlərdə olarkən bu qiyməti satış nöqtələrindən tələb edə bilərlər.
“Golden Crown” kərə yağı artıq 9 ildir ki, Yeni Zelandiyadan ölkəmizə idxal olunur və istehlakçılar üçün əlçatan kərə yağı markası olmağa davam edir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
26 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 27 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























