Baktelecom İnternet tariflərinin onlayn dəyişdirilməsi funksiyasını yaradıb
Bakı Telefon Rabitəsi MMC (Baktelecom) istifadəçilərin rahatlığını təmin etmək məqsədi ilə internet tariflərinin onlayn dəyişdirilməsi funksiyasını yaradıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumata görə, artıq “Baktelecom”un rəsmi veb-saytı üzərindən “mövcud tarifi dəyiş” bölməsində https://baktelecom.az/onlayn internet sürətini asanlıqla yeniləmək mümkündür. Sözügedən funksiyadan istər optik, istərsə də ADSL xidməti alan bütün istifadəçilər yararlana bilirlər.
Bir müddət öncə “Baktelecom” internet sürətlərini artırıb, bunun müqabilində aylıq ödəniş haqqını endirib. Hazırda mövcud istifadəçilər əlavə vaxt itirmədən və rabitə xidmətləri mərkəzlərinə yaxınlaşmadan yenilənmiş tariflərə qoşula bilirlər.
Bundan öncə “baktelecom.az” saytı üzərindən “onlayn qoşulma” funksiyası da aktivləşdirilib. Sözügedən bölmə vasitəsi ilə vətəndaşlar optik internet xidmətinə qoşulmanı məsafə qət etmədən seçdikləri tarif əsasında onlayn sifariş edə bilirlər.
Məlumat üçün bildirək ki, müştəri məmnuniyyətinin təmin edilməsi məqsədi ilə “Baktelecom”un müraciətlərin qəbulunu 24/7 həyata keçirən “155 Çağrı Mərkəzi", rəsmi veb-saytında (https://www.baktelecom.az/) onlayn çat bölməsi və sosial şəbəkələrdə hesabları (https://www.facebook.com/baktelecomhttps://twitter.com/baktelecomhttps://www.instagram.com/baktelecom.az/) mövcuddur. Vətəndaşlar telekommunikasiya xidmətləri ilə bağlı sorğularını sözügedən əlaqə vasitələri ilə bizə ünvanlaya bilərlər.
Qeyd edək ki, 997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin 19 iyul tarixində “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən təşkil edilib. 2001-ci ilin 10 may tarixində BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.
“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə bütün növ müasir telekommunikasiya xidmətləri – telefon, internet, DATA, İPTV, CDMA və LTE texnologiyalarına əsaslanan telefoniya xidmətləri təqdim edir. Əlavə olaraq şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir.
Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə Xidmətləri Mərkəzi, “Azərrabitəlayihə” MMC və “AzEuroTel” MMC fəaliyyət göstərir.
Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədi ilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















