PAŞA Bank qrupunun xalis mənfəəti 76%-ə yaxın artıb
30 İyun 2021-ci il tarixinə konsolidə edilmiş müstəqil auditorların hesabatı görə, PAŞA Bank qrupu (PAŞA Bank Azərbaycan, PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 39 milyon 163 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 75,7% və ya 16 milyon 873 min manat çoxdur çoxdur. Qrup 2020-ci ilin ilk 6 ayını 22 milyon 290 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, bu barədə 2021-ci ilin ilk yarısının maliyyə nəticələrinə həsr olunan mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib.
PAŞA BANK GÜRCÜSTAN ZƏRƏRDƏN MƏNFƏƏTƏ KEÇİB
Bəhruz Nağıyev qeyd edib ki, cari ilin 6 ayında PAŞA Bank Azərbaycannın xalis mənfəəti 33 milyon 280 min manat (+21,7%, ötən ilin 1-ci yarısında 27 milyon 355 min manat xalis mənfəət ), PAŞA Bank Türkiyə-nin xalis mənfəəti 5 milyon 636 min manat (+92,5%, ötən ilin 1-ci yarısında 2 milyon 927 min manat xalis mənfəət), PAŞA Bank Gürcüstannın xalis mənfəəti isə 247 min manat olub (ötən ilin 1-ci yarısında 7 milyon 992 min manat xalis zərər).
2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında “PAŞA Bank” ASC-nin xalis faiz gəlirləri 20,6% artaraq 100 milyon 592 min manat, xalis qeyri-faiz gəlirləri isə 0,5% artaraq 27 milyon 854 min manat təşkil edib. Ümumi əməliyyat gəlirləri 15,6% artaraq 128 milyon 446 min manat olub.
2020-ci ilin 1-ci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında PAŞA Bankın cəm aktivləri 7% artaraq 5 milyard 920 milyon 485 min manata, müştərilərə verilən kreditlər 4% artaraq 2 milyard 259 milyon 340 min manata, müştərilərdən cəlb olunan vəsaitlər isə 14% artaraq 4 milyard 506 milyon 393 min manata çatıb.
Bəhruz Nağıyev vurğulayıb ki, müştərilərdən cəlb olunan vəsaitlərin artması ölkədə aparılan şəffaflaşma siyasəti ilə əlaqədardır.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 d. əvvəl
-
6 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
-
14 d. əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 32 d. əvvəl
- 40 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Bank Respublika”nın maliyyə vəziyyəti açıqlanıb - XALİS MƏNFƏƏTİ 18% ARTIB
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Çin iqtisadiyyatı 5% artıb
20 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
Artan xərclər "Rabitəbank"a qazancını artırmağa imkan verməyib - ƏMƏLİYYAT MƏNFƏƏTİ AZALIB
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
Bank 23-cü filialını Zaqatalada açdı













.jpg)






