Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan hasil edilmiş neftin 59%-ni “mənfəət” kimi alıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan hasil edilmiş neftin 59%-ni “mənfəət” kimi alıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatına başlanmasından (1846-cı il) 01.01.2021-ci il tarixinə qədər 2,11 milyard tondan artıq neft və 900 milyard kub metrdən artıq qaz hasil edilmişdir.

Marja xəbər verir ki, bu, SOCAR-ın 2020-ci il üzrə İllik Hesabatında qeyd edilib.

Hesabatada bildirilir ki, o cümlədən, “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarından neft və qaz hasilatına başlanması tarixindən (1997-ci il) 01.01.2021-ci il tarixinə qədər 523,9 milyon ton neft və 176,7 milyard kub metr qaz hasil edilmişdir.

“Bu yataqlardan hasil edilmiş neftin 59%-i və ya 309,4 milyon tonu Azərbaycanın “mənfəət” nefti kimi satılaraq ölkə iqtisadiyyatının inkişafına böyük təkan vermişdir. Bu vaxta qədər SOCAR və xarici neft şirkətləri arasında “Hasilatın pay bölgüsü” tipli 37 saziş imzalanmışdır. Bunlardan 21 saziş Xəzərin Azərbaycan sektorunu, 16 saziş isə quru sahələrini əhatə edir ki, hazırda bunlardan 18 saziş üzrə (7 dəniz, 11 quru sahələri üzrə) işlər həyata keçirilir. 01.01.2021-ci il tarixinə qədər respublikanın neft sənayesinə 95,1 milyard ABŞ dollarından artıq xarici sərmayə qoyulmuşdur”,- heabatda deyilir.

07.10.2021 17:06
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar