2021-ci ilin ən yaxşı restoranları - SİYAHI, QİYMƏTLƏR
Şimal mətbəxinin gücü - bir şəhərdən ən yaxşı 2 restoran, son 10 ildə 5-ci qalibiyyət...Pandemiyanın ciddi ziyan vurduğu sektorlardan biri - qlobal restoran biznesi özünə gəlir. Bu səbəbdən ötən il tərtib olunmayan “Ən yaxşı 50 restoran” siyahısı yenə də aktivdir.
Marja xəbər verir ki, Londonda yerləşən William Reed Media şirkətinin 2002-ci ildən bəri tərtib etdiyi reytinqin bu ilki nəticələri açıqlanıb.
Kopenhagendəki “Noma” restoranı bu ilki siyahıda 1 nömrədir. İlboyu üç fərqli mövsümi menyu - okean, tərəvəz, oyun və meşə menyusu təqdim edən restoran əsasən Şimal mətbəxi ilə tanınır. Bir nəfər üçün rezervasiya 436 dollardan başlanır, əlavə 280 dollar şərab menyusuna görə hesablanır. 2010, 2011, 2012 və 2014-cü illərdə “Ən yaxşı restoran” adını qazanan "Noma" daha sonra - 2016-cı ildə təmirə bağlanıb və yalnız 2018-ci ildə geri qayıdıb. Bu ilki nəticə, "Noma"nın 5-ci qalibiyyətidir.
Kopenhagendəki digər bir restoran - “Geranium” isə ən yaxşı 2-cidir. 2012-ci ildə siyahıda 49-cu olan restoranda qiymətlər “Noma”ya yaxındır - nahar menyusu 430 dollardan başlayır, ən bahalı şərab menyusu isə 2500 dollardır.
Siyahıda Avropa qitəsi liderlik edir - 27 restoran. Şimali Amerikadan 8, Cənubi Amerikadan 6, Afrikadan 1, Asiyadan 8 restoran reytinqdə yer alıb.
İlk 50-likdə Moskvadan 2 restoran - “White Rabbit” (25) və “Twins Garden” (30) var. Həmçinin, Perunun paytaxtı Limanın ən yaxşı 10-luda 2 restoranı var - “Central” (4) və “Maido” (7). İspaniya isə siyahıda ən çox restorana malik ölkədir - 6 restoran.
Restoranların reytinqi dünyanın 26 regionundan, hər regiondan 40 nümayəndə-ekspert olmaqla, təxminən 1040 nəfərin səsverməsi nəticəsində müəyyənləşir. Hər bir ekspert son 18 ay ərzində ziyarət etdiyi 10 restoran seçə bilər. Obyektivliyi təmin etmək üçün hər il ekspert heyətinin 25%-i təzələnir və audit şirkəti Deloitte-ə nəticələri yoxlamaq hüququ verilib.
Ən yaxşı restoranlar, ilk 10-luq:
Noma (Kopenhagen, Danimarka);
Geranium (Kopenhagen, Danimarka);
Asador Etxebarri (Atxondo, İspaniya);
Central (Lima, Peru);
Disfrutar (Barselona, İspaniya);
Frantzen (Stokholm, İsveç);
Maido (Lima, Peru);
Odette (Sinqapur);
Pujol (Meksiko siti, Meksika);
The Chairman (Honq Konq, Çin).
Tam siyahı ilə burdan tanış ola bilərsiniz:
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
8 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"
















