Payızlıq taxıl sahəsinin - SIĞORTA HAQLARI - MƏBLƏĞLƏR
10 hektar əkin sahəsi üçün aqrar sığorta şərtiAzərbaycanda payızlıq əkinlərin fermerlər tərəfindən bəyan edilməsi prosesinə başlanılıb. Bu ildən etibarən 7 bitki növü üzrə əkin subsidiyaları əkin sahəsinin aqrar sığorta edilməsi şərti ilə veriləcək.
10 hektardan artıq buğda və arpa sahələri üzrə subsidiya alınması üçün fermerlər bu sahələri Aqrar Sığorta Fondunda sığorta etdirməlidirlər.
Bununla onlar əkin sahələrini və yığılacaq məhsulu müxtəlif risklərdən, o cümlədən yanğın, dolu, zərərvericilər, xəstəliklər və 3-cü şəxslərin vurduğu zərərdən qoruya bilərlər. Aqrar sığorta qaydalarına əsasən, fermerlər və sahibkarlar tərəfindən ödənilən sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Nəticədə təqribən 1200 manatlıq məhsul yığılan 1 hektar taxıl sahəsini yanğından, doludan və digər hadisələrdən qorumaq üçün sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) aşağıdakı kimidir:
Qarabağ regionu - 10 manat
Şərqi Zəngəzur regionu 10 manat
Şəki-Zaqatalada – 16-17 manat
Lənkəran–Astara region - 7 manat
Qazax–Tovuz ərazisi – 24-25 manat
Mərkəzi Aran rayonları - 8 manat
Quba-Xaçmaz bölgəsi - 7 manat
Mil–Muğan regionunda - 8 manat
Abşeron-Xızı bölgəsində - 7 manat.
Gəncə–Daşkəsən regionunda – 24-25 manat
Şirvan–Salyan zonasında - 8 manat
Dağlıq Şirvan bölgəsində - 11-12 manat
Bakıda - 7 manat.
Xatırladaq ki, prezident İlham Əliyevin 1 sentyabr 2021-ci il tarixli fərmanı ilç «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası»nda dəyişiklik edilib. Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək. Aqrar Subsidiya Şurasının qərarına əsasən, qarşıdakı mövsümdə sözügedən tələb 7 bitkiyə aid olacaq. Bunlar - arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limondur.
Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş «Bitkiçilik kalkulyatoru» (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər.
Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-i ödəyəcək, məbləğin qalan 50%-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)


