Azərbaycanda superintensiv alma bağlarında bol məhsul yetişib
Quba, Qusar və Xaçmaz rayonlarının alma bağlarında kütləvi məhsul yığımına başlanılıb. Ənənəvi bağlarda məhsuldarlıq aşağı olsa da, intensiv və superintensiv bağlarda bol məhsul yetişib.
Hazırda Qusarda müasir tipli alma bağlarından məhsul yığımının qızğın çağıdır. Bu günə kimi alma bağlarında 32 min ton məhsul əldə edilib.
Rayonun Kuzunqışlaq kəndində 100 hektardan çox sahədə salınan superintensiv meyvə bağlarında almanın “Royal qala”, “Golden”, “Jonagold”, “Red Chief”, “Granny Smith”, “Fuji”, “Brebrun” və digər növləri becərilir.
Bağların ilk məhsulu avqust ayında toplanılıb. Tezyetişən “Royal qala” sortlardan bol məhsul əldə olunub. Hazırda isə “Golden”, “Jonagold”, “Granny Smith” sortlarının becərildiyi bağların məhsulu toplanılır.
Yığılan almanın bir qismi soyuducu anbarlarda saxlanılır. Kütləvi yığım zamanı toplanan məhsulun böyük hissəsi satış üçün Rusiya bazarlarına göndərilir.
Aqronom Həmid Bayraqdarov bildirib ki, burada becərilən sortlar ənənəvi alma bağlarından 3-4 dəfə çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanırsa, intensiv bağçılıqda bu göstərici 60-80 ton arasında dəyişir. Superintensiv alma bağlarında məhsul yığımı oktyabrın sonlarına kimi davam edəcək.
İntensiv bağların becərilməsi ilə yanaşı, yığımı və qablaşdırılması da müasir üsullarla həyata keçirilir. Meyvə toplanan zaman cərgələr arasında kiçikqoşqulu traktor hərəkət edir. Yığılan almalar birbaşa qoşqudakı böyük taralara tökülür. Bu taralar isə soyuducu anbarlara daşınır. Meyvələr bu üsulla toplananda zədə almadığından itki də az olur.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri İlham İskəndərov müsahibəsində bildirib ki, rayonda intensiv üsulla becərilən 7 min hektara yaxın meyvə bağı mövcuddur. Qusardakı alma bağlarının ümumi sahəsi isə 4 min hektardır. Hər il bu bağlardan orta hesabla 50 min ton məhsul toplanır.
İntensiv bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən az olur. İntensiv bağlarda bir hektarda 650, superintensiv bağlarda 1200, ultraintensiv bağlarda isə 20 min ədəd meyvə tingi becərilir. Bu bağlardan müvafiq olaraq 40-50, 70-80 və 80-120 ton məhsul almaq mümkündür. Ağaclara il ərzində müxtəlif aqrotexniki qulluq - dərmanlama, gübrələmə, budama işləri görülür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən il məhsula düşməsidir. İllər keçdikcə, məhsuldarlıq da yüksək olur.
Telegramda Marja.az səhifəsinə abunə olun
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
6 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
8 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
















.jpg)

.jpg)

