“TBC Kredit” 8 dəfə çox - 3 milyon manat mənfəətə iddia edir
2020-ci ili 378 min manat xalis mənfəət ilə başa vurmuş “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC 2021-ci ili 2 milyon 281 min manat xalis mənfət ilə bağlayacağını proqnozlaşdırır. Əgər proqnoz özünü doğrultsa ötən illə müqayisədə 2021-ci ildə Təşkilatın xalis mənfəəti 6 dəfə artacaqdır.
Marja.az Təşkilata istinadən xəbər verir ki, 2022-ci ildə isə xalis mənfəətin 3 milyon manata yüksələcəyi nəzərdə tutulur. Bu proqnoz da reallaşsa “TBC Kredit”in xalis mənfəəti 2020-ci illə müqayisədə təxminən 8 dəfə artacaqdır.
Artıq “TBC Kredit” 2021-ci ilin 1-ci yarısını 942 min 900 manat xalis mənfəət ilə bağlayıb. 2020-ci ilin 1-ci yarısında təşkilatın xalis mənfəəti 278 min 508 manat təşkil etmişdi.
Qeyd edək ki, “TBC Kredit” BOKT MMC əsasən riteyl və mikro biznes kredit bazarında fəaliyyət göstərir. “TBC Kredit” BOKT MMC “TBC Bank Səhmdar Cəmiyyəti”nin (Gürcüstan Respublikası) törəmə Şirkətidir. "TBC Kredit" Gürcüstanın "TBC Bank" Qrupunun bir hissəsidir və Bank şirkətin idarəetməsində fəal iştirak edir. “TBC Kredit” BOKT MMC digər hüquqi şəxslərdə iştirakçı kimi çıxış etmir.
“TBC Kredit”in ötən dövrlər üzrə maliyyə nəticələri və planlaşdırılan göstəricilər:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
17 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























