Böyük Britaniyada rekord sayda boş iş yeri yaranıb
2001-ci ildən bəri ən yüksək göstəricidir...Böyük Britaniyada son 20 ildə ən çox sayda iş vakansiyası əmələ gəlib.
Marja xəbər verir ki, ölkənin Milli Statistika Ofisinin bugün açıqladığı rəqəmlərə əsasən, hazırda 1 milyon 30 min nəfərdən artıq iş yeri boşdur.
Statistika həmçinin, ölkədə məşğulluq səviyyəsinin avqust ayında pandemiyadan əvvəlki səviyyəyə çatdığını göstərir. Hazırda cəmi işləyənlərin sayı 32 milyon nəfəri keçib. İş yerlərinin 18%-ə qədəri (5,7 milyon) dövlət sektorunun, böyük əksəriyyəti - 82%-i (26,7 milyon) özəl sektorun payına düşür.
Ölkədə orta həftəlik məvacib 578 funt-sterlinqdir (800 dollara yaxın). Dövlət və özəl sektorun həftəlik maaşları təxminən bərabərdir. Ən yüksək orta həftəlik gəlir isə maliyyə və biznes sektorundadır - 771 funt (1 min 65 dollar).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
13 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
30 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 47 d. əvvəl
-
53 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim





























