Hyundai servis mərkəzlərində yağdəyişmə edən müştərilərə elektron diaqnostika hədiyyə!
Ehtiyat hissələrinin və servis xidmətlərinin qiymətlərində də ciddi endirimlər edilib.
(®) Hyundai avtomobillərinin Azərbaycandakı rəsmi distribüteri Auto Azərbaijan şirkəti, müştərilərilərinə daha əlçatan servis xidməti təklif etmək üçün müəyyən addımlar atıb.
İlk öncə qeyd edək ki, Sentyabr ayının sonunadək bütün rəsmi Hyundai servis mərkəzlərində avtomobilinin mühərrik yağını yeniləyən sürücülər Elektron Diaqnostika xidmətindən pulsuz faydalanacaqlar.
Həmçinin mühərrik yağını yeniləmək istəyən avtomobil sahibləri aşağıda qeyd olunan linkə keçid edərək online servis növbəsinə yazıla və dəyərli vaxtına qənaət edə bilər. Nəzərinizə çatdıraq ki, onlayn servis növbəsihələki yalnız Dərnəgül şossesi, Ziya Bünyadov 118 ünvanında yerləşən Hyundai Otoplaza servis mərkəzində keçərlidir.
Həmçinin, artıq orijinal ehtiyat hissələrini və zəmanətli servis xidmətini müştərilərə daha əlçatan etmək məqsədilə qiymətlərdə ciddi endirimlər edilib. Bununla belə, birdəfəlik nağd ödəniş etmək istəməyən müştərilər Dərnəgül şossesi, Ziya Bünyadov 118 ünvanında yerləşən Hyundai Otoplaza servis mərkəzində taksit kartları və/ və ya tək şəxsiyyət vəsiqəsi ilə 9 ayadək faizsiz servis xidmətindən faydalana bilər.
Son olaraq bildirək ki, rəsmi Hyundai servis mərkəzlərində dəyişdirilən ehtiyat hissələrinə 1 il və ya 20.000 km istehsalçı zəmanəti verilir.
“Hyundai Azərbaycan” haqqında
“Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutoru “Auto Azerbaijan” şirkətidir. 1996-cı ildən bəri fəaliyyət göstərən şirkət Hyundai avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi şirkətdir. Ölkəmizdə ilk avtomobil dilerlər şəbəsi olaraq fəaliyyətə başlayan “Hyundai Azərbaycan” hal hazırda 74000 -dən çox müştəri portfelinə sahibdir. İstər paytaxtdakı, istərsə də, bölgələrdəki müştərilər üçün tam əlçatan olmağı hədəf götürən şirkət, "Hyundai" markasının ölkə üzrə 11 satış və servis mərkəzindən ibarət dilerlər şəbəkəsini formalaşdıraraq avtomobil sektorunda ən geniş xidmət şəbəkəsinə sahibdir.
“Hyundai Motor Company” haqqında
1967-ci ildə təsis edilmiş “Hyundai Motor Company” şirkəti etibarlı avtomobil partnyoru olmaqla yanaşı mobillik, polad və inşaat, logistika, maliyyə, İT və xidmət sahəsinə əsaslanaraq bir dəyər zənciri yaradan qlobal bir müəssisədir.
'İnsanlıq Üçün Tərəqqi' marka vizionuna əsaslanan “Hyundai Motor Company”, İntellektual Mobil Həllər Təminatçısına çevrilmə yolunda sürətlə irəliləməkdədir. Şirkət, robot və Urban Air Mobility (UAM) kimi qabaqcıl texnologiyalara inqilabi mobil həlləri gətirmək üçün investisiya qoyur, eyni zamanda gələcək mobillik xidmətlərini təqdim etmək üçün açıq yeniliklər həyata keçirir.
Şirkət, ümumilikdə 250 000-dən çox peşəkar işçi heyəti ilə dünya üçün davamlı bir gələcəyin axtarındadır. Müxtəlif bazarlar üçün nəzərdə tutulmuş fərqli məhsulları, həmçinin sənayenin qabaqcıl hidrogen yanacaq enerjisi və EV texnologiyaları ilə təchiz olunmuş sıfır emissiya nəqliyyat vasitələri ilə daima öz model sırasını genişləndirir, təkmilləşdirir və 2045 -ci ilə qədər karbon neytrallığını əldə etmək yolunda sürətlə addımlayır
Servisə öncədən online növbəyə yazılmaq üçün link: https://www.hyundai.az/service/online-servis-novbesi-yazil
Əraflı məlumat üçün telefon: (012) 989
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 1 gün əvvəl
-
1 gün əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
1 gün əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
1 gün əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
