Nazirlik 3 mobil rabitə operatoru iləmüqavilə bağladı - 10 İL...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə operatorlarının müvafiq lisenziyalarının müddətini uzatdıNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Azercell” MMC, “Bakcell” MMC və “Azerfon” MMC arasında 10 il müddətinə müvafiq lisenziya müqavilələri bağlanıb.
Nazirlikdən Marja-ya daxil olmuş məlumata görə, bu müqavilələrə sellülar (mobil) rabitə xidmətləri (2G(GSM), 3G(UMTS) və 4G(LTE) texnoloji standartları) fəaliyyət növü üzrə lisenziyalar daxildir.
"Mobil rabitə operatorlarına müvafiq lisenziyaların verilməsi onların öz abunəçilərinə yeni nəsil texnologiyalarından və texnoloji standartlardan istifadə etməklə daha səmərəli, keyfiyyətli və peşəkar xidmət göstərməsinə imkan yaradacaq.
Bununla yanaşı, lisenziya müqavilələrinin bağlanması ölkəmizdə dayanıqlı və təhlükəsiz rəqəmsal infrastrukturun inkişaf etdirilməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edəcək",- Məlumatda bildirilir.
Məlumat üçün bildirək ki, 1996-cı ildən mobil rabitə operatorları fəaliyyətlərini müvafiq lisenziyalar əsasında həyata keçirir. Belə ki, “Azercell” MMC və “Bakcell” MMC 1996-cı ildə, “Azerfon” MMC isə 2005-ci ildə bazara daxil olaraq sellülar (GSM mobil) rabitə xidmətləri üzrə lisenziyaya uyğun olaraq telekommunikasiya xidmətləri göstərmişlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























