2022-ci ildə Vergi Xidməti və Gömrük Komitəsi üzrə büdcə gəlirləri - MƏBLƏĞLƏR

2022-ci ilin dövlət büdcəsinin 26 milyard 407 milyon manatlıq gəlirlərinin 13 milyard 840 milyon manatını neft gəlirləri, 12 milyard 567 milyon manatını isə qeyri-neft gəlirləri təşkil edəcəyi proqnozlaşdırılır.
Marja xəbər verir ki, bu, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da bildirilir.
Qeyd edilib ki, neft gəlirlərinə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 860 milyon manatlıq transfert və vergi orqanlarının xətti ilə 1 milyard 980 milyon manat daxilolmalar aiddir.
Qeyri-neft gəlirlərinə isə Dövlət Vergi Xidməti üzrə 7 milyard 158 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə 4 milyard 260 milyon manat və 1 milyard 149 milyon manat digər gəlirlər daxildir.
2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6 faiz az olmaqla 2 milyard 567milyon manat olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 3,2 faizini təşkil edəcəkdir. Kəsir vahid xəzinə hesabının qalığı (45,2 faiz), daxili və xarici borclanma (27,3 faiz), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1 faiz) və özəlləşmədən daxilolmalar (4,4 faiz) hesabına maliyyələşdiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 d. əvvəl
- 10 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
14 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
