Mineral su şirkəti istehsalını 30-40% artıracaq - KREDİT ALMIŞIQ, GÜCÜMÜZÜ ARTIRIRIQ

Gədəbəy rayonunda fəaliyyət göstərən mineral su istehsalçısı olan “Mor-Mor” şirkəti aldığı güzəştli kredit hesabına istehsal gücünü artıracaq.
Marja xəbər verir ki, bunu "Mor-Mor" şirkətinin sahibi Maarif Bayramov bildirib.
"2000-ci ildən fəaliyyət göstərən şirkətimiz həm qazlı, həm də qazsız mineral sular istehsal edir. İstehsalımızı genişləndirmək və müştərilərə daha keyfiyyətli xidmət göstərmək niyyətindəydik. Fikirimiz var idi ki, seximizi daha da böyüdək. Ancaq bunun üçün maliyyəyə ehtiyacımız var idi. Maliyyə imkanlarımız elə də geniş deyildi. Bunun üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA - red) "KOB Dostu"na müraciət etdik. KOBİA-nın dəstəyilə güzəştli kredit əldə etdik. Bunun sayəsində istehsalımızı daha 30-40% artıra biləcəyik", - sahibkar deyib.
Maarif Bayramov əlavə edib ki, KOBİA tərəfindən şirkətinə məhsulların tanıdılması üçün ixtisaslaşmış sərgilərdə iştirakına dəstək də göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
2 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
3 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
5 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
5 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
6 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək - Rəhbərliyində dəyişikliklər edilir
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
