"Getir", elektron ticarət platforması "n11"ə sərmayə yatırır
Ehtiyac olan məhsulları 10 dəqiqə ərzində gətirməyi qarşıya məqsəd qoyan onlayn tətbiq "Getir"in qurucusu Nazım Salur, "Twitter" hesabından etdiyi açıqlamada,"Getir"in "n11.com"a strateji sərmayə yatıracağını bildirib.
Marja xəbər verir ki, o, "Danışıqlar başa çatıb" ifadələrini istifadə edib.
"n11.com", Türkiyənin "Doğuş" qrupu ilə Cənubi Koreyanın texnologiya qrupu "SK Group"u ilə ortaq şəkildə 2013-cü ilin Mart ayında qurulub. İnternet saytındakı məlumatlara görə bütün kateqoriyalarda 20 milyondan çox məhsul və 270 mindən çox iş ortağı olan platformanın 23 milyondan çox qeydiyyatlı istifadəçisi var.
İyun ayında daha bir maliyyələşmə dövrünü tamamlayan "Getir", aldığı 555 milyon dollarlıq sərmayə ilə 7,5 milyard dollarlıq dəyərə çatmışdı. Nazım Salur, cəlb edilən yeni vəsait ilə həm Türkiyədəki işləri daha sürətli böyütməyi, həm də yeni ölkələrdə fəaliyyətə başlamağı hədəflədiklərini bildirmişdi.
"Getir", İyulda Avropa bazarında bəzi satınalmalara imza atıb. Şirkət sürətli market məhsullarının çatdırılması sektorunda fəaliyyət göstərən "Blok" tətbiqinin hamısını satın alaraq, Barselona, Madrid və Milanda öz adı ilə xidmət göstərməyə başlayacağını açıqlamışdı. "Getir"in, Avropada xidmət göstərdiyi ölkə sayı 7-yə çatıb.
"Getir", avtomobil paylaşma tətbiqi "Moov"a da sərmayə yatırmaq qərarı qəbul etmişdir.
Getir @n11com'a stratejik yatırım yapacak.
— Nazım Salur (@NazimSalur) August 31, 2021
Öngörüşmeler tamam. Sözü kestik darısı nikaha. @getir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 4 saat əvvəl
-
4 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Ən çox oxunanlar
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti























