Astarada çəltik sahələrində məhsuldarlıq ötən ilə nisbətən bu il yaxşıdır

Astarada bu mövsüm havaların mülayim keçməsi və çəltik sahələrinə düzgün aqrotexniki qulluğun göstərilməsi nəticəsində məhsuldarlıq ürəkaçandır. Rayonda bu il ümumilikdə 240,6 hektardan çox sahədə çəltik əkilib. İlk yığım zamanı fermerlər sahələrdən 40 sentnerdən çox məhsul götürüblər.
Ötən il rayonda 204,6 hektar sahədə çəltik əkilib. Sahələrdən 843,6 ton məhsul yığılıb. Rayon üzrə məhsuldarlıq 41,2 sentner olub. Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov deyir ki, bu mövsüm daha çox, 240,6 hektar sahədə çəltik əkilib. İndiyədək 185,1 hektar çəltik sahəsindən 746,3 ton məhsul yığılıb. Çəltik sahələrinin hər hektarından götürülən məhsuldarlıq 40,3 sentner təşkil edir: “Ötən ilə nisbətən bu il 36 hektar çox çəltik əkmişik. Havaların əlverişli keçməsi, suvarma suyunun olması və sahəyə düzgün aqrotexniki qulluq edən fermerlər bunun bəhrəsini görürlər. Məhsuldarlıq ötən ilə nisbətən bu il yaxşıdır. Təbii düyüdür, heç bir qatqı yoxdur, kimyəvi maddələrdən istifadə edilmir. Düzdür, əkindən sonra gübrələrdən istifadə edilir. O da qədərində. Təmiz düyü olduğu üçün rahat sata bilirik”.
Fermerlər ötən il olduğu kimi, bu il də biçinə bir həftə tez başlayıblar. Çəltiyin biçini üçün sahələrə kifayət qədər texnika cəlb olunub.
Ölkə bazarlarında Astara düyüsünə tələbat yüksək olduğundan məhsul istehsalçıları çəltik əkininə daha çox üstünlük verirlər. Bu baxımdan məhsuldarlığın bol olması fermerlərin ürəyincədir.
Fermer Mahir Məmmədov deyib: “Öz kəndimizdə 3 hektar sahədə əkin aparmışam. Hər hektara 4 ton məhsul götürmüşəm. Yığdığım məhsulu üyütmək üçün dəyirmana gətirmişəm. Yaxşı qulluq etdik, su da verirdik. İndi də əziyyətimizin bəhrəsini görürük”.
Digər fermer Şahin Rzayev isə 2 hektar sahədə çəltik əkib: “Şükürlər olsun, 50 sentner məhsul götürmüşəm. Aqrolizinqlə kombayn gətirmişik. Gördüyünüz kimi, hazırda biçin gedir. Bundan sonra dəyirmanda üyüdüb, satışa çıxaracağıq”, - deyə o bildirib.
Qeyd edək ki, çəltik əkini əsasən Astaranın Artupa, Səncərədi, Kakalos, Pensər, Ərçivan, Şiyəkəran və Suparibağ kəndlərindəki təsərrüfatları əhatə edir. Çəltikçiliklə məşğul olan fermerlər və məhsul istehsalçıları daha çox rayonun iqliminə uyğun olaraq “Haşımi”, “Apula”, “Gülanə”, “Xəzər”, “Meko” və “Sədri” kimi toxum növlərinə üstünlük verirlər. Rayonda çəltik yığımı sentyabrın ilk ongünlüyündə başa çatacaq.
Telegramda Marja.az səhifəsinə abunə olun
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
-
- 4 gün sonra
-
12 d. əvvəl
Azərbaycanda şirkətlərin say 8 faiz artaraq 200 minə yaxınlaşıb
- 13 d. əvvəl
-
53 d. əvvəl
İdxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur
-
55 d. əvvəl
Fiziki şəxslərin manatla depozitləri üzrə faizlərdə azalmalar qeydə alınıb
-
59 d. əvvəl
Cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 milyard dolları müsbət saldo qeydə alınıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azərbaycanda şirkətlərin say 8 faiz artaraq 200 minə yaxınlaşıb

“AzInTelecom”dan şəhid övladlarına dəstək

Mərkəzi Bank faizlərini dəyişməz saxladı

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ən çox oxunanlar

Çinli avtomobil nəhəngi GAC, 2027-yə qədər Avropada satışlarını 17 dəfə artırmağı hədəfləyir

Yeni iPhone-ların Azərbaycanda satışa çıxacağı tarix məlum olub

Hesablama Palatası Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyində ciddi maliyyə nöqsanları aşkar edib

Rəsmi məzənnələr açıqlandı

"Facility Management Group" şirkəti şəhid və qazi övladlarına məktəb ləvazimatları hədiyyə edib

Apple-ın səhmləri iPhone 17-lərin təqdimatından sonra ucuzlaşıb
