"AzerGold"dan özəl şirkətə Filizçay üzrə 3,5 milyon manatlıq sifariş
Dövlət şirkəti "AzerGold" QSC "Filizçay polimetal yatağına dair Texniki-İqtisadi Əsaslandırma sənədi və ilkin detallı layihələndirmə sənədləri üzrə iş həcmlərinin hazırlanması istiqamətində məsləhət xidmətlərinin satın alınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, qalib şirkət "Micon Internatinal Co Limited"dir.
"AzerGold" qalib şirkət ilə məbləği 3 milyon 485 min 982 manat olan müqavilə imzalayıb.
“AzerGold” QSC 2025-ci ildə “Filizçay” polimetal yatağının fəal şəkildə işlənilməsinə başlamağı planlaşdırır. Yatağın 1-ci fazası üçün ilkin hesablanmış sink, qızıl, gümüş, mis və qurğuşundan ibarət filiz ehtiyatları 60 milyon tona yaxın proqnozlaşdırılır. Planlaşdırılan tədqiqat işləri nəticəsində yatağın ümumi filiz ehtiyatlarının 120 milyon tona kimi artırılması da gözlənilir. Yataqda hasilat işlərinə başlamazdan öncə potensial resursların təyin edilməsi, resurların hesablanması və təsdiqi, texniki-iqtisadi əsaslandırma və tikinti işləri həyata keçirilməlidir.
“Filizçay” yatağı ehtiyatlarının həcminə görə Avropada ikinci ən böyük yataq hesab edilir və dünya polimetal yataqlarının ilk onluğuna daxildir. Yataq Azərbaycanda yaradılması planlaşdırılan dağ-mədən sənayesi kompleksi üçün 50 il ərzində xammal bazası kimi çıxış edə bilər. “AzerGold”un qiymətləndirmələrinə görə, yatağın işlənməsindən Azərbaycanın gəlirləri 10 milyard manata qədər təşkil edəcək.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.
Hazırda “AzerGold” yalnız “Çovdar” yatağından yerüstü işlənmə mərhələsi çərçivəsində qızıl və gümüş hasilatı və ixracını həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
2 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
2 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)



