Ölkənin ilk rəqəmsal bankı fəaliyyətə başladı
(®️) 3 milyondan artıq yükləmə sayı olan, ölkənin ən məşhur mobil tətbiqi Birbank artıq ilk rəqəmsal bank kimi fəaliyyətini davam etdirəcək.
Daha geniş bank xidmətlərinə malik və funksionallığına görə bir sıra üstünlükləri ilə seçilən Birbank-ın həm loqosu, həm də www.birbank.az saytı tam olaraq yenilənərək, rəqəmsal bank kimi milyonlarla müştəriyə xidmət göstərəcək.
Əvvəlki geniş funksional ilə yanaşı Birbank vasitəsilə artıq kredit və ya BirKart taksit kartını sifariş edib, təyin olunan kredit məbləğini bir neçə dəqiqəyə əldə etmək mümkündür.
Belə ki, həm nağd pul krediti, həm də taksit kartını almaq istəyən müştərilər mobil tətbiq və ya sayt vasitəsilə yalnız şəxsiyyət vəsiqələrinin FİN kodunu daxil etməlidirlər. Sonra müştəri ona düşən nağd pul kreditini təsdiqləyir və vəsait həmin an müştərinin Kapital Bank-a aid məvacib, təqaüd kartına və ya cari hesabına mədaxil olunur. Taksit kartı isə müştərinin seçiminə uyğun olaraq ya kuryer vasitəsilə ünvana göndərilir və ya filialdan növbəsiz götürülür.
Qeyd edək ki, iOS və Android əməliyyat sistemləri Birbank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən populyar tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir.
Birbank-ın “Bonuslar” hissəsində həm də “ƏDV geri al” bölməsi yaradılıb. Müştərilər portalda olan şəxsi kabinetlərini Birbank vasitəsilə idarə edə bilirlər. Virtual “pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.
Həmçinin, BirKart istifadəçiləri Birbank-da yaradılan şəxsi kabinetdə kredit və taksit borcları haqqında detallı məlumat alıb, ödənişlər apara bilərlər. Bütün bunlarla yanaşı Birbank-da NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdlaşma, hətta istifadəçiyə ən yaxın olan Kapital Bank bankomatının yerini də təyin etmək olar. Xüsusi funksiya ilə avtomobilin cərimələri barədə dərhal bildiriş almaq və cərimə ödənişləri həyata keçirmək mümkündür.
Bundan əlavə, Birbank-da telefon kitabçasında olan, istənilən şəxsə pul göndərmək və ya ondan pul istəmək və qəbul etmək kimi funksiyaları da mövcuddur. Kartlarla POS terminal, İnternet və Birbank vasitəsilə ödənişlər edərək, “Ürəklər” qismində olan bonusları müxtəlif hədiyyələrə dəyişmək olar. Birbank-ı istifadə edən zaman yarana biləcək sualları isə çat funksiyası vasitəsilə bankın əməkdaşlarına ünvanlayaraq, cavab almaq mümkündür.
Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. Birbank-da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir.
Birbank-ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonuslarını idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
1 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
1 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
6 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 12 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb

























