Azərbaycanda icbari sığorta bazarı 11% artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 364,792 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin yanvar-iyul aylarına nisbətən 12,1% çoxdur.
Ötən 7 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 11% artaraq 163,465 milyon manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 228,184 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 21,4% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 86,55% artaraq 72,995 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-iyul aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,55 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-iyul aylarında 57,8 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 26,6 manatdan 44,65 manata çatıb.
Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 5% artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 232,643 milyon manat sığorta haqqı toplanılıb.
Bu, ötən ilin yanvar-iyul aylarına nisbətən 21,1% çoxdur.
Ötən 7 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 295,614 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,4% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 29,5% artaraq 179,228 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 37,4% artaraq 121,954 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-iyul aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 77 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 41,25 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-iyul aylarında müvafiq olaraq 72 manat və 31,6 manat olub.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)






.jpg)



