Neft sürətlə ucuzlaşır
Brent neftin qiyməti 66 dollardan da aşağı düşdü. Dünyada COVID-19-a yoluxanların çoxalması yanacaq tələbatının artımasını yavaşladacağı qorxusunu artırıb və ABŞ-da benzin ehtiyatlarının gözlənilməz artımı da investorların narahatlığını daha da yüksəldib.
Neft qiymətləri, dünyada yeni növ koronavirusun Delta variantına yoluxanların sürətlə artmasının tələbə mənfi təsir edəcəyinə dair narahatlıqlar ilə əlaqədar olaraq düşür.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 13:17-də Brent nefti 3,3% ucuzlaşma ilə 65,91 dollardan, ABŞ xam nefti isə 3,8% ucuzlaşma ilə 62,96 dollardan ticarət olunub.
ABŞ-da benzin ehtiyatlarında artım olması və ABŞ Mərkəzi Bankının (Fed) protokollarında ilin sonuna qədər qiymətli kağız alışının azaldılmasına başlanılmasına dair müzakirələrin yer alması da neft qiymətlərinin düşməsinə səbəb olub.
Brent nefti iyulun əvvəlindən bu yana isə təxminən 15% ucuzlaşıb. Brent neftin qiyməti iyulun əvvəlində 78 dollara yaxınlaşmışdı.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” “İNMerge” sammitində “CX Hero Challenge” oyununu təqdim edib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azercell İT ixtisası üzrə ən yüksək nəticə göstərmiş tələbə qızları təbrik etdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI

Bank sektorunda çalışanların sayı artmaqda davam edir
Ən çox oxunanlar

Ölkədaxili nağdsız əməliyyatların həcmi 20% artıb

"Sabah gəldikdə gördüm ki, lombardda qırğındır. Qaçıblar” - "Lombard Xəyal"ın məhkəməsi

Lufthansa 4 min nəfəri işdən azad edəcək

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“MyGov Biznes” - sahibkarların bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaranacaq
