Yeni hibrid üzüm sortu “Gəncəvi”nin dequstasiyası keçirilib
“Gəncəvi” üzüm sortu Azərbaycanın qiymətli süfrə “Ağ şanı” və texniki “Bayanşirə” üzüm sortlarının hibridləşməsindən alınıb. Sort universal istiqamətlidir. Həm təzə halda istifadəyə, həm də emal üçün yararlı texnoloji parametrlərə malikdir.
Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Təsərrüfatında institutun yeni hibrid üzüm sortu, Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət reyesterinə daxil edilmiş “Gəncəvi” sortunun və yerli üzüm sortlarının dequstasiyası keçirilib.
Dequstasiya prosesində son illər üzərində elmi-seleksiya işləri aparılan sortların dad, əmtəə görünüşü və digər keyfiyyət göstəricilərinə baxış keçirilib, onlardan alınan şərabların xüsusiyyətləri qiymətləndirilib. Tədbirdə həmçinin institutun laboratoriyalarında müxtəlif texnoloji, biokimyəvi qiymətləndirmələr, sort müxtəlifliyi, innovativ texnologiyalar nəzərə alınmaqla hazırlanmış elm tutumlu məhsullar (müxtəlif növ şərablar, üzüm kompotu, üzüm şirəsi, üzüm bəhməzi, sirkə, abqora, kişmiş, mövüc, mürəbbə, yarpaq və s.) nümayiş etdirilib.
Dequstasiyada məqsəd irigiləliyə görə yaxşılaşdırılma proqramına cəlb olunmuş yerli kişmişi və aztoxumlu süfrə üzüm sortlarının müsbət tərəflərinin fermer və istehsalçılara çatdırılmasıdır. İnstitutun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov bildirib ki, yerli sortların genefondunun qorunması və daha da zənginləşdirilməsi istiqamətində ampeloqrafik tədqiqatlar aparılır.
Tarixi məlumatlardan və ampeloqrafik tədqiqatlardan məlum olub ki, Azərbaycanda vaxtilə 600-ə yaxın üzüm sortları əkilib-becərilib. Bunun 400-ə qədərini yerli üzüm sortları təşkil edir. Dünyanın ən yüksək məhsuldar, keyfiyyətli, salxım və gilələrinin gözəl görkəmi ilə seçilən, ən qiymətli süfrə, texniki və kişmişi üzüm sortları məhz bizim ölkəmizdə bitir. Bunlardan məhsuldarlığı, öz dadı, keyfiyyəti, rəngi, istifadə istiqaməti ilə fərqlənən Ağ və Qara şanılar, Təbrizi, Bayanşirə, Mədrəsə, Ağ Xəlili, Sarıgilə, Şirvanşahı, Həməşərə, Xindoqnı, Hüseyni, Nəqşəbi, Misqalı, Şamaxı mərəndisi, Qara və Ağ Aldərələr, Ağ kişmişi, Ağ oval kişmişi, Çəhrayı kişmişi və s. çoxsaylı digər sortları göstərə bilərik. Ancaq bu sortların içərisində elələri var ki, onlar dünyada da nadir sortlar sayılır. Məsələn, yerli Şirvanşahı sortunun gilələrində tam yetişmə zamanı 27-33 q/100 sm3 şəkərlilik toplanır. Bayanşirə sortu isə dünyada ən yüksək məhsuldar sortlardan biri hesab olunur. Belə ki, formasından asılı olaraq bir tənəyin məhsulu orta hesabla 12-20 kiloqrama çatır ki, bu da hektardan 35-45 ton üzüm məhsulu deməkdir.
Son illər iri fermer və sahibkarlar süfrə üzüm bağlarının salınmasında xarici sortlara nisbətən üstünlük verirlər. Bunun bir neçə səbəbi var:
-Yerli süfrə üzüm sortlarımız yüksək dad keyfiyyətinə, irigiləli olsalar da, bir çox əlamətlərə xəstəlik və zərərvericilərə davamlılığına, tezyetişkənliyinə, saxlanma və daşınma göstəricilərinə görə xarici süfrə sortlarından geri qalırlar.
-Yerli kişmiş üzüm sortlarının isə dad keyfiyyətləri, əmtəəlik görünüşləri, məhsuldarlıqları yüksək olsa da, gilələrinin iriliyinə, xəstəlik və zərərvericilərə davamlılığına, saxlanmaya və daşınmaya, qurutmaya yararlılığına görə xarici kişmişi üzüm sortlarından geri qalırlar.
Hazırda institut əməkdaşları tərəfindən üzüm sortlarınının xarici sortlarla müqayisədə çatışmayan əlamətlərinin aşkarlanması, rəqabətə davamlılığını yüksəltməyə yönəlmiş seleksiya işləri aparılır. Sortlarda müasir tələbatlarla uzlaşmayan əlamətlərin yaxşılaşdırılmasına yönəlmiş seleksiya proqramlarının həyata keçirilməsi təmin olunmaqdadır. İnstitut Respublikada aparıcı elmi-tədqiqat müəssisələrindən biri olmaqla, fəaliyyəti dövründə üzümçülüyün və şərabçılığın elmi əsaslarla inkişaf etdirilməsində böyük rol oynayır. Hazırda institutda üzüm genofondunun seleksiya və davamlı istifadə məqsədilə qiymətləndirilməsi, qorunub saxlanması, yüksək keyfiyyətli xəstəlik və zərərvericilərə qarşı davamlı yeni sortların yaradılması, sort və formaların yaxşılaşdırılma proqramlarına cəlb edilməsi və s. istiqamətində tədqiqat işləri aparılır.
İnstitutda yeni üzüm sortlarının yaradılması məqsədilə hibridləşdirmə üsulundan istifadə etməklə yeni yüksəkməhsuldar süfrə və texniki istiqamətli üzüm sortlarının və hibrid formalarının yaradılması işləri ilə əlaqadar aparılan tədqiqatlar nəticəsində 40-dan çox müxtəlif istiqamətli üzüm hibridləri yaradılıb. Onlardan 6 sort - Azəri, Göy-göl, Bəhrəli, Kəpəz, Şamaxı hədiyyəsi, Gəncəvi KTN-nin Aqrar Xidmətlər Agentliyinə tərəfindən dövlət reysterinə daxil edilib (rayonlaşdırılmış), 5 yeni sort- Ilhаmi, Şirəli, Qarabulağı, Nüvədi novrastı və Emin sortları da sınağa təqdim olunub. Bu il Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən yeni yaradılan və “Gəncəvi” adlandırılan üzüm sortu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət reyestrində qeydə alınıb. “Gəncəvi” üzüm sortu Azərbaycanın qiymətli süfrə “Ağ şanı” və texniki “Bayanşirə” üzüm sortlarının hibridləşməsindən alınıb. Sort universal istiqamətlidir. Həm təzə halda istifadəyə, həm də emal üçün yararlı texnoloji parametrlərə malikdir. Sort valideynləri ilə müqayisədə universal istiqamətli olması, biotik və abiotik amillərə davamlılığı ilə seçilir. Çox yüksək məhsuldardır. Keyfiyyət göstəriciləri yüksəkdir. Xarici sortlarla rəqabətə girə biləcək əlamətlərə malikdir. Bu sort xəstəlik və zərərvericilərə davamlılığına, məhsuldarlığına, məhsulun keyfiyyətinə və istifadə istiqamətinin genişliyinə görə valideynlərindən fərqlənirlər. Bu sortlar respublikada üzüm və şərabçılıq məhsulları üzrə milli brendlərin istehsalının artırılmasına imkan yaradır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
2 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
2 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
3 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
7 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
8 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
8 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur


Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
