İspaniya La Liqasına 3 milyard dollardan baha təklif
Ancaq Barselona və Real Madrid kimi nəhənglər narazıdır...Dünyanın ən baxımlı və gəlirli futbol çemoionatlarından olan İspaniya La Liqasının yeni yayım və sponsorluq tərəfdaşı tezliklə bəlli olacaq. Marja xəbər verir ki, çempionatda təmsil olunan 42 klub arasında bugün məsələ ilə bağlı gizli səsvermə keçiriləcək.
Əsas namizəd özəl kapital şirkəti CVC Capital Partnersdir. Şirkət La Liqa matçlarının yayım və sponsorluq hüququna malik firmada pay almaq üçün 100 milyon avro ödəniş və klublara faizsiz kredit şəklində veriləcək 2,5 milyard avrodan çox məbləğ (cəmi 2,7 milyard avro - 3,17 milyard dollar) təklif edir. Əvəzində La Liqanın 50 illik gəlirinin 11%-i CVC-yə məxsus olacaq.
Çempionatın iki əsas komandası - Barselona klublara dəyərindən daha az ödəniş edilməsini, Real Madrid isə ümumiyyətlə sövdələşmənin qanunsuz olmasını əsas gətirərək, təklifə qətiyyətlə qarşı çıxır. Müsbət qərar üçün 42 klubun ən azı 32-si təklifin lehinə səs verməlidir.
Pandemiya səbəbindən futbola tətbiq olunan məhdudiyyətlər 2019-2020-ci il mövsümündə İspaniya La Liqasının gəlirlərini 8% azaldaraq, 3,1 milyard avroya salıb. Almaniya Bundesliqasının klubları 4% az - 3,2 milyard avro, ən bahalı çempionat olan İngiltərə Premyer Liqası isə 5,1 milyard avro (-12%) gəlir əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
6 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi

























