"Koronavirus testlərində pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb"
Hande Harmancı: Son bir ayda Azərbaycanda koronavirusa gündəlik yoluxma halları 10 dəfə artıb
"Koronavirus pandemiyası ortaya çıxdığında Azərbaycan çox sürətli bir şəkildə tədbir görməyə başladı. Öncəliklə sərhədlərdə tədbir həyata keçirildi, sonra xəstəxanalardakı infrastrukturun gücləndirilməsinə başlanıldı. Bununla yanaşı, çoxsaylı ləvazimatlar, mexaniki ventilyatorlar, oksigen konsentratorları alındı. Əhalinin maarifləndirilməsi, səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması istiqamətdə işlər görüldü. Bu zaman Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) olaraq əlimizdən gəldiyi qədər hökumətə dəstək verməyə çalışdıq.
Azərbaycanda pandemiya ilə mübarizədə atılan ən önəmli və uğurlu addımlardan biri də Operativ Qərargahın qurulmasıdır. Operativ Qərargahda müxtəlif nazirlik, agentlik, qurum təmsil olunur. Onların bir Qərargahda birləşməsi, bir-birindən xəbərdar olması, birgə işləməsi çox vacib idi. Düşünürəm ki, ən önəmli və erkən nailiyyətlərdən biri də elə bu oldu. Bundan başqa, çox qısa müddətdə elektron rəqəmsal infrastruktur yaradıldı. Pandemiya çox pisdir lakin bir yandan da onunla mübarizə aparan ölkələr bir çox əskiklərini gördülər. Ölkələrin həm infrastruktur, həm də innovasion sahədə gücləndirməli olduğu yerlər müəyyənləşdi. Düşünürəm ki, qarşıdakı illərdə burdan öyrəndiklərimizlə çox böyük addımlar ata bilərik".
Bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
H.Harmancı son zamanlar dünyada artan yoluxma hallarından da bəhs edərək deyib: "Epidemioloji vəziyyətlə əlaqədar bir az rahatlanmalar başladığı və məhdudiyyətlərin yumşaldılması zaman COVID-19-a yoluxma hallarının artacağını təxmin edirdik. Bu, bütün dünyada belə oldu. ÜST bunun data bazasını toplayır. Məlumdur ki, nə qədər çox sərt tədbir alınırsa, yoluxma sayı bir o qədər azalır. Nə qədər çox yumşalmalar olarsa, yoluxma sayları bir o qədər artır. Bu, pandemiyanın bitmədiyi anlamına gəlir. Lakin hər zaman eyni təzyiqi göstərərək insanlarla davranmaq olmaz. Bu işin iqtisadi, sosial, psixoloji və s. tərəfləri də var. Hökumətlər, o cümlədən Azərbaycan hökuməti ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq bəzi məhdudiyyətləri yumşaltmaq qərarına gəldilər. Bu, bir az özümüzə gəlməmiz üçün önəmli bir fürsətdir. Lakin təxminən son bir ayda yoluxma saylarında sürətli şəkildə artım müşahidə olunur. Belə ki, bu müddətdə COVID-19-a gündəlik yeni yoluxma halları 10 dəfə artıb. Yoluxma halları hətta ikirəqəmli ədədlərlə ifadə olunurdu, hazırda isə 1000-dən çoxdur. Azərbaycanda hər gün təxminən 10 min civarında diaqnostik test icra olunur. Aparılan testlər arasında pozitiv nəticələrin payı 2 faizdən 13 faizə qədər artıb. Bu, o deməkdir ki, əhali arasında koronavirusla xəstələnənlərin sayı artır.
Pandemiya dövründə Azərbaycanın nailiyyətlərindən biri də burada çox yaxşı laboratoriyaların qurulmasıdır. Laboratoriyalarda aparılan testlərdə ölkədə koronavirusun "delta" variantının olması təsdiqini tapıb. Yoluxma sayları da artır. Hər iki vəziyyət bizə deyir ki, bu iş bitmədi. Əgər tədbir görməzsək, sentyabrdan başlayaraq yenidən gündəlik yüksək rəqəmlərin şahidi ola bilərik. Onu da qeyd edim ki, havanın temperaturunun koronavirusun yayılmasına heç bir təsiri yoxdur. Lakin payız mövsümündə hava soyuduqca vətəndaşlar qapalı məkanlara üz tutacaq, qapı-pəncərələr bağlanacaq və hava dövriyyəsi azalacaq. Bütün bunların yoluxma hallarının artımına səbəb olduğu məlumdur".
Marja.az Telegramda: https://t.me/marjaaz
Azərtac
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
1 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
1 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
1 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
1 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
