Samsung-un milyarder rəhbəri həbsdən çıxır
Cənubi Koreyanın ən böyük texnologiya imperiyası yenidən sahibinə qovuşur...Qlobal brendlərin siyahısında dəyərinə görə 8-ci, Cənubi Koreyanın ən iri biznes konqlomeratı olan Samsung-un həbsdə olan rəhbəri bu həftə azadlığa çıxır.
Marja xəbər verir ki, ailə şirkətinin başçısı Lee Jae-yong məhkəmənin qərarı ilə iki il yarımlıq həbs müddətinin ən azı 60%-ni həbsxanada keçirdiyi üçün vaxtından əvvəl şərti azadlığa buraxılacaq.
Lee Jae-yong ilk dəfə 2017-ci ildə o zamankı Koreya prezidenti Park Geun-hyeyə şirkətdəki mövqeyini möhkəmlətmək və bununla əlaqədar dövlət dəstəyini almaq məqsədilə külli miqdarda rüşvət vermək ittihamı ilə həbs edilmişdi. Bir il həbsdə yatdıqdan sonra 2018-ci ilin fevralında appelyasiya məhkəməsi tərəfindən azadlığa buraxılan Lee istintaqın təkrar aparılmasına görə ötən il yenidən həbs olunub.
Biznes dairələri bu amnistiya aktını alqışlasa da, vətəndaşların bir hissəsi hazırkı prezident Moon Jae-inin iri şirkətlər qarşısında geri çəkildiyini və “ailələrin nəzarət etdiyi holdinqləri dizə gətirmək” vədini yerinə yetirmədiyini bildirir.
Samsung rəhbəri azadlığa çıxan kimi dərhal işinə başlaya bilsə də, onu iki növbəti məhkəmə prosesi gözləyir: 2015-ci ildə Samsung-un bioəczaçılıq bölməsinin alqı-satqısında 3,9 milyard dollarlıq mühasibatlıq fırıldağı və növbəti 5 il ərzində ödənməli olan 11 milyard dollar vergi öhdəliyi. Məhkəmə ittihamları sübuta yetirsə, dünyanın ən iri smartfon və kompüter çipi istehsalçısı yenidən rəhbərsiz qala bilər....
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 49 d. əvvəl
-
-
59 d. əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
13 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?































