Azercell azad olunmuş ərazilərimizdə şəbəkəsini genişləndirir!
Artıq işğaldan azad olunmuş torpaqlarımızda yüksək keyfiyyətli mobil rabitənin təmin olunması məqsədilə şirkətin 60-dan çox stansiyası fəaliyyət göstərir(®️) 44 günlük Vətən müharibəsində Azərbaycanın böyük qələbəsi nəticəsində doğma torpaqlarımızın azad olunması ölkəmizin həyatında yeni bir mərhələyə təkan verdi. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası istiqamətində dövlət səviyyəli layihələrin təşkil olunması da bundan xəbər verir.
Şanlı ordumuzun, demək olar ki, ardınca bütün cəbhə boyu irəliləyən Azercell komandası Cəbrayıl rayonundan başlayaraq azad edilmiş tarixi torpaqlarımızda, eləcə də qədim Şuşa şəhərində 4G şəbəkəsini işə salmağa müvəffəq olub. A
zercell işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini vermək məqsədilə zəruri platforma olacaq mobil telekom infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda qurulmuş Azercell şirkətinə məxsus 60-dan artıq radio baza stansiyası 2G/3G/4G standartlarını dəstəkləyir. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər artıq Azercell şəbəkəsi ilə əhatə olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb. Azercell şirkəti öz növbəsində bu istiqamətdə hər cür fəaliyyətə dəstək olmağa hazır olduğunu bildirir.
Azercell-in əsas vəzifəsi və məqsədi işğaldan azad olunmuş ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
- 10 d. əvvəl
-
18 d. əvvəl
Mərkəzi Bank 3 şirkətin (elektron pul təşkilatı) lisenziyalarını ləğv etdi
- 40 d. əvvəl
-
48 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
1 saat əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Ən çox oxunanlar
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"






.jpg)







.jpg)







