Çin, qida çatrıma nəhəngi Meituan-ı 1 milyard dollar cərimələməyi planlaşdırır
Çinin rəqabət təşkilatı, qida çatdırılması üzrə nəhəng şirkət olan Meituanı, hakim bazar mövqeyindən satıcıların və rəqiblərin zərərinə sui-istifadə etdiyi iddiası ilə təxminən 1 milyard dollar cərimələməyə hazırlaşır.
Marja xəbər verir ki, cəzanın qarşıdakı həftələrdə açıqlanması gözlənilir.
Məlumata görə, Meituan-ın əməliyyatlarını yeniləməsi və "ikisindən birini seçin" olaraq adlandırılan bir tətbiqini dayandırması gündəmdədir.
Təxminən 170 milyard dollarlıq bazar dəyəri ilə Meituan, qlobal sərmayəçilərdən milyardlarla dollar maliyyə cəlb etmişdi.
Şirkət "Tencent Holdings və "Alibaba Group Holding"dən sonra Çinin açıq üçüncü ən qiymətli internet şirkətidir. Baş ofisi Pekində yerləşən şirkət, onlayn olaraq milyonlarla restoran və ticarətçilər üçün Çindəki ən böyük qida çatdırılması və əlaqədar xidmətlər operatorudur. Şirkət otel rezervasiyaları da təqdim edir, həmçinin onlayn olaraq qida satışı da həyata keçirir.
Çinin rəqabət təşkilat, Aprel ayında Alibabanı, e-ticarət nəhənginin mal satan ticarətçilərə mənfi təsir edən bənzər tətbiqlərilə əlaqədar olaraq 2,8 milyard dollarlıq cərimələmişdi. Bu cərimə, Alibaba-nın ölkə daxilindəki illik satışlarının 4%-nə bərabərdir.
Mövzu haqqında məlumata malik olan mənbələrə görə, Meituan müəssisələrə mallarını rəqib platformalarda satmasına mane olur.
Meituan, 2020-ci ildə 17,8 milyard dollarlıq gəlir əldə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 54 d. əvvəl
-
-
1 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
13 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?




























