Dünya miqyasında mənfi gəlirli borclar 16 trilyon dolları ötüb
Yenidən ötən ilki rekorda yaxınlaşır....Dünya ölkələrinin mənfi gəlirli borc öhdəliklərinin həcmi cari ilin ilk yarısında 16,5 trilyon dollara çatıb.
Marja Financial Times-a istinadla xəbər verir ki, bu, son 6 ayın ən yüksək göstəricisidir. Nəticə etibarilə borcverənlər zərər etməkdədir, çünki orta hesabla 1,5-2% olan dövlət istiqrazlarının gəlirliliyi sıfırın altına düşüb.
Mənfi gəlirlilik o deməkdir ki, investorlar öz maliyyə vəsaitlərini borc vermək üçün ənənəvi formada borcalandan faiz gəlirləri əldə etmək əvəzinə, onlara əlavə vəsait ödəyir. Dövlət istiqrazlarında mənfi gəlirliliyin yaranmasının əsas səbəbləri son 1 ildə pandemiyanın iqtisadi zərərlərini aradan qaldırmaq üçün əksər mərkəzi bankların iri həcmdə istiqraz alması və iqtisadiyyata pul səpələməsi, eləcə də biznesin bərpa tempi ilə bağlı gözləntilərin özünü demək olar ki, doğrultmamasıdır.
Nəticə etibarilə iqtisadi nəhənglərdən Yaponiyanın 10 illik obliqasiyalarının gəlirlilik dərəcəsi dekabrdan bəri ilk dəfə bu həftə sıfırın altına, Almaniyanın 10 və 30 illik istiqrazları -0,51%-ə, Fransanın 12 illik, İspaniyanın 9 illik, İtaliya və Yunanıstanın 7 illik borc kağızları 0-ın altına düşüb.
May ayında mənfi gəlirli istiqrazların həcmi 12 trilyon dollar idisə, iyunun sonuna bu rəqəm 16,5 trilyon dollara qədər yüksəlib. Gedişat ilin sonuna kimi 2020-ci ilin rekordunun - 18 trilyon dollarlıq mənfi gəlirli borcların təkrarlanacağını göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 54 d. əvvəl
-
-
1 saat əvvəl
Tramp Makronu fransız şərablarına 200% rüsum tətbiq etməklə hədələyib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Carlsberg Group” Azərbaycanda qablaşdırma materiallarının istehsalını tam lokallaşdıracaq
- 10 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
13 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
13 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
17 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin qiyməti azalıb
Qızılda yeni rekord - QİYMƏTİ 4700 DOLLARI DA KEÇDİ
20 Yanvar faciəsindən 36 il ötür
Ən çox oxunanlar
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?





























