26 bankdan 22-si isə mobil bankçılıq xidməti təqdim edir
Müasir dövrdə rəqəmsal bankçılıq ənənəvi bank xidmətlərinin yerini sürətlə almaqdadır. İnsanların ənənəvi bankçılığa olan bağlılığının azalmasının əsas səbəbi rəqəmsal bankçılıq xidmətlərinin vaxt itkisinə yol vermədən, uzun növbələr gözləmədən, rahat və asan formada əldə olunması imkanının mövcudluğudur.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.
Sənəddə həmçinin deyilir ki, Azərbaycanda da müasir dövrün əsas çağırışlarından olan rəqəmsal bankçılığın inkişafı üzrə müsbət trend formalaşıb. Bu il iyulun 1-nə ölkədə fəaliyyət göstərən 26 bankdan 24-ü internet bankçılıq, 22-si isə mobil bankçılıq xidməti təqdim edir.
Hesabat dövründə rəqəmsal bankçılıq xidmətləri üzrə statistik göstəricilərdə ciddi irəliləyişlər nəzərə çarpır. Belə ki, 2021-ci ilin I yarımili ərzində bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi sayı 25,5 milyon ədəd, ümumi dəyəri isə 93,3 milyard manat təşkil edib. Aparılan köçürmələrin say üzrə 76%-i (19,3 milyon ədədi, dəyər üzrə isə 70%-i (64,9 milyard manat) məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.
Bu ilin I yarısında internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 58,5%, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan köçürmələrin dəyəri isə 2,4 dəfə artaraq müvafiq olaraq 59 milyard manat və 1,6 milyard manat olub.
2021-2023-cü illər üzrə Rəqəmsal Ödəniş Strategiyası” çərçivəsində icrası nəzərdə tutulmuş tədbirlərin effektiv realizasiyası ölkəmizdə nağdsız ödəniş göstəriciləri üzrə daha yüksək nəticələrin əldə edilməsinə, rəqəmsal bankçılıq xidmətlərinin daha sürətli inkişafına, ölkədə rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin formalaşmasına imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 21 d. əvvəl
-
-
34 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 51 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə




























