Azərbaycanın Qazaxıstana ixracı artıb
Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməliyyatların həcmi bu ilin yanvar-aprel aylarında yüksəlib. Bu rəqəm 2016-cı ilin analoji dövrü ilə müqayisədə 9% təşkil edib.
"BNews.kz" saytının verdiyi xəbərə görə, hesabat dövründə iki ölkənin ticarət dövriyyəsinin həcmi 61 494, 55 min ABŞ dolları təşkil edib. Bu, bütün ötən il ərzində Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsinin təxminin yarısına bərabərdir. Bununla yanaşı, Azərbaycan məhsullarının Qazaxıstana ixracı 74% (8 192,35 min dollaradək), Qazaxıstan məhsullarının Azərbaycana idxalı isə 3% (53 302,2 min dollaradək) artıb.
Dörd ayın nəticələrinə görə, Qazaxıstanın payı Azərbaycanın ümumi ixracında 0,24%, idxalında isə 2,46% təşkil edib.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 124 mln. 391, 28 min ABŞ dolları təşkil edib.
Azərbaycan Qazaxlstandan əsasən mineral ehtiyatlar (neft və qaz), kimyəvi xammal, taxıl, arpa, tütün məhsulları, karbonlu yayma polad, elektrik avadanlıqları tədarük edir. Azərbaycandan Qazaxıstana isə bitum materiallarından ibarət neft məhsulları, etilen polimerləri, maşın və mexanizmlər üçün komplektləşdiricilər, yığılma inşaat konstruksiyaları ixrac olunur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























