"Qısa zamanda 5 mindən çox satış həyata keçirdik" - İRİ BANKDAN YENİLİKLƏR GƏLİR
ABB-nin müştərilərə yaxın gələcəkdə təqdim edəcəyi yeniliklər açıqlanıb.
Marjanın məlumatına görə, ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş transformasiya inzibatçısı Taleh Tahirli bildirib ki, müştərilər kredit və debet məhsulları ilə bağlı ehtiyaclarını evlərindən çıxmadan az müddət ərzində qarşılaya biləcəklər:
"Bu istiqamətdə ilk addımlarımızdan biri ABB mobile üzərindən Bankımızın əməkhaqqı kartı sahibləri üçün satışların təşkili oldu. Qısa zamanda tətbiq vasitəsilə 5 mindən çox birbaşa satış həyata keçirildi. Hazırda beta layihə kimi başladığımız - ünvana çatdırılma xidməti vasitəsilə bu göstəriciləri bir neçə dəfə yüksəldəcəyik".
Taleh Tahirli əlavə edib ki, növbəti mərhələdə, Apple Pay-in tətbiqi, NFC ödənişlərinin genişləndirilməsi ilə təmassız ödənişləri daha da inkişaf etdiriləcək: "Mobil tətbiqimizlə istənilən bank kartı ilə əməliyyatlar aparmaq mümkün olacaq. İstifadəçilər üçün müəyyən loyallıq proqramlarımız nəzərdə tutulur. Mobil tətbiqlə daha geniş inteqrasiya imkanlarının yaradılması üçün partnyor şəbəkəmizi də genişləndiririk".
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı bundan sonra fəaliyyətinə ABB brend kimliyi ilə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 21 d. əvvəl
-
-
34 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 51 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə





























